Kivinin tərkibində maqnezium, kalium, natrium, nikotin turşusu, karotin, mineral duzlar, fermentlər, sellüloza, E, A, B, В1, В2, В3, В6 vitaminləri var. Kivinin faydalarını sadalamaqla bitməz. Bu meyvə qadınların gözəlliyinin mühafizəsində xüsusi rol oynayır.
1. Kivi ürək-damar sisteminin xəstəlikləri zamanı istifadə edilir. Çünki bu meyvə qan damarlarının divarlarına möhkəmləndirir, qan sızmaları riskini azaldır, qan təzyiqini normallaşdırır. Kivi tərkibindəki fosfor sayəsində şişləri yaranmasını əngəlləyir, orqanizmdə su-duz tarazlığını saxlayır.
2. Bir kivi gün ərzində orqanizmin C vitamininə olan sutkalıq tələbatını təmin edir. Həmçinin immuniteti möhkəmləndirir, orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini yaxşılaşdırır, sağalmanı tezləşdirir.
3. Kivinin tərkibindəki pektin maddələri bağırsağın fəaliyyəti üçün çox dəyərlidir. Bu maddələr faydalı mikrofloranı sağlamlaşdırır və maddələr mübadiləsi prosesində zərərli məhsulları hopdurular.
4. Kivi sürətli pəhrizlərdə istifadə edilə biləcək ən gözəl meyvədir. Kivi az kalorilidir, eyni zamanda, bir çox vitamin və minerallarla zəngindir. Yorğunluğu, yüksək gərginliyi aradan qaldırmaqla yanaşı arıqlamağa da kömək edir.
5. Bundan başqa, kivi böyrəklərdən daşın tökülməsi, anemiya, ateroskleroz, revmatizmdə və digər xəstəliklərdə faydalı qida kimi istifadə edilir.
publika.az