Qoç - son vaxtlar dil tapa bilmədiyiniz insanla
danışaraq münasibətləri nəzərdən keçirmək zamanıdır. Söhbət zamanı bəlli
ola bilər ki, təmaslarınıza sərinlik gətirən məqam çox xırda məsələdir.
İşgüzar danışıqlar üçün pis zaman deyil. Yeni tərəfdaşlarla görüş
məhsuldar olacaq.
Emosiyalara uymayın, hisslərin əsiri olmayın. Ciddi münasibətlərə başlamaq məsləhət deyil. Sevdiyiniz insanın xətrinə dəyməyin.
Buğa
- maliyyə durumu birmənalı deyil. Ciddi itkilər təhlükəsi var. Gündəlik
işlərə və cari məsələlərə başdansovdu münasibət ağır səhvlərə səbəb ola
bilər.
İşdə belə situasiya yaranarsa, rəhbərlik narazı qalacaq.
Günün ikinci yarısında qeyri-standart problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Gəlir və ya mükafat yüksək ola bilər.
Ailədə
fikir ayrılıqları istisna deyil. Ən adi, səthi mübahisə ciddi
münaqişəyə çevrilə bilər. Sevdiyiniz insanla təmaslarda diqqətli,
qayğıkeş olun. Tənqid və iradların sayını artırmayın.
Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Travma riski var.
Əkizlər
- işləri yerinə yetirmək üçün əlverişli, uğurlu gündür. Çətin, xüsusi
diqqət, bilik və bacarıq tələb edən işlərin yerinə yetirilməsinə
diqqətli olun. Yeni və məhsuldar əməkdaşlığın əsası qoyula bilər.
Maraqlı, cazibədar işgüzar təkliflər ala bilərsiniz.
İş yerini dəyişmək qərarına gəlibsinizsə, bu qərarınıza heyfislənməyəcəksiniz.
Şəxsi
münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxşı
dəyişikliklər ola bilər. Təşəbbüskarlıq edin, hisslərinizin etirafından
qorxmayın.
Axşam saatlarında səhhətinizdə yüngül problemlər istisna deyil. Vaxtınızı sakit istirahətə həsr edin.
Xərçəng
- məşğul olacağınız işlər ilk baxışdan çox sadə və rutin təsir
bağışlasa da, onların icra edilməsinə ciddi yanaşın. Diqqətsizlik
problemlər yarada bilər. Bədxahlarla rəqiblər bu gün xüsusilə
aktivdirlər. Maliyyə itkiləri istisna deyil.
Yaxınlarınızla
qarşılıqlı anlaşmaya nail olun. Onlar sizi sevir, dəyər verirlər.
Sevdiyiniz insanla birgə planları müzakirə edin. Yaşam potensialının
səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.
Şir
- bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində uğurlar
qazanmaq, yeni nailiyyətləri gerçəkləşdirmək şansları var. Müstəqil
çalışmağınız və ya kollektivdə işləməyinizdən asılı olmayaraq ciddi
qərarları təkbaşına qəbul etməlisiniz.
Qərarlarınız tələsik, yanlış olmasın. Nüfuzlu insanla görüş üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Şəxsi
münasibətlərdə harmoniya yoxdur. Emosional, qıcıqlı, aqressiv olmayın.
Yaxın ətrafınızdakı insanlardan kütləvi şəkildə şübhələnməyin. Sizi
sevən, rəğbət bəsləyən insanla təmaslarda da sirr gizlədərək qapalı
qalmayın.
Axşam saatlarında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətdə problemlər riski artır.
Qız
- cari işlərə maksimum diqqət ayıraraq illüzor istəklərə və təxəyyül
məhsullarına uymayın. Yaxın ətrafınızdakı insanlar fikrinizi söhbətləri
ilə yayıdıracaqlar. Onlar sizdən yardım istəyir, problemlərinin həllini
tələb edirlər. Soyuqqanlı olun, emosional davranaraq səhvlərə yol
verməyin.
Dəyər verdiyiniz insanlar sizi anlamağa, dəstək
verməyə çalışırlar. Onların münasibətlərini və qayğılarını
qiymətləndirin. Münaqişə yarada biləcək irad və tənqidlərə yol verməyin.
Axşam saatlarında zökəmə yoluxma riski artır.
Tərəzi
- cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq
potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa
can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox
çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə
bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də
bəhrələnməyi bacarın.
Günün ikinci yarısında təmkinli, səbrli
olun. Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qorumağa çalışın.
Axşam saatlarında gəzintidə, səyahətdə fayda var.
Ağır fiziki iş görməyin.
Əqrəb
- istənilən formada sərt tənqiddən uzaq olun. Düşünülməmiş deyilən
sözlər, hətta konstruktiv iradlar belə, bu gün xeyli problemlər yarada
bilər. Nüfuzlu insanlarla təmaslar məsləhət deyil. Vaxtınızı müstəqil
fəaliyyətə həsr edin. Yaxın perspektivlə bağlı strategiya və
uzunmüddətli planlar hazırlayın.
Kiçik gəlirlər istisna deyil.
Axşam
saatlarına yaxın yaşlı qohumlar, köhnə dostlar və ya uşaqlıq
rəfiqlərinin vizitləri istisna deyil. Qonaqlar sizə xoş emosiyalar bəxş
edəcəklər.
Rasionunuza fikir verin. Qida zəhərlənməsi riski var.
Oxatan
- rəqiblər və bədxahlar üzərində qələbə çala bilərsiniz. Mübarizəni
müşahidə edən şəxslər sizi dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura
bilərsiniz. Bu təmaslar faydalı olacaq.
Şəxsi münasibətlərdə
əhəmiyyətli irəliləyişlər ola bilər. Durumun az qala ideal olduğunu
düşünsəniz də, sizi sevindirəcək məqamlar olacaq.
Axşam saatlarına yaxın yeni tanışlıqlar şansı artacaq.
Əhvalınız pis deyil.
Gəzintiyə çıxmağı unutmayın.
Oğlaq
- böyük uğurlar və əhəmiyyətli yeniliklər vəd edən gün deyil. Kiçik
irəliləyişlərlə kifayətlənmək olar. Situasiyada inqilab etməyə, bütün
problemləri bu gün həll etməyə çalışmayın. Səbrli, səliqəli davranın.
Həssas, emosional insanlarla birgə fəaliyyətdə olacaqsınız.
Yeni
tanışlıqlara can atmayın. Parlaq, fərqli, təkrarolunmaz təsir
bağışlayan insanlar əslində çox pis xasiyyətə və dözülməz vərdişlərə
malikdir. Alətlərlə ehtiyatlı olun. Yara almaq riski var.
Dolça
- günün ilk yarısı pis deyil. Cari işlərin yerinə yetirilməsi sizi
usandırmayacaq. Əhəmiyyətsiz problemlərə fikir verməyin. Saatlar
keçdikcə ciddi problemlər yaranacaq. Bu çətinlik təcili həll tələb edir.
Çözümü tapa bilməsəniz, yardım üçün müraciət edəcəyiniz insan əvəzində
pul və ya xidmət tələb edə bilər.
Maliyyə problemləri istisna deyil. Alış-verişi təxirə salın.
Sevdiyiniz
insanla ünsiyyət sizi sevindirəcək. Onunla birlikdə keçirəcəyiniz
saatlar sizə xoş emosiyalar bəxş edəcək. Maraqlı tanışlıqlar şansı var.
Səhhətinizdə problemlər riski var.
Balıqlar
- sənədlərlə iş, maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır.
Hesabatlar və biznes-planları tərtib edərkən diqqətli davranın.
Alış-veriş uğurlu, sərmayələr gəlirli ola bilər. İşgüzar duyum sizi
aldatmayacaq. Yaradıcı yanaşma və təxəyyül tələb edən məsələlərdə
ləngimələr yarana bilər.
Günün ikinci yarısında aktivlik azalacaq.
Kiçik
anlaşılmazlıq, mənasız mübahisə sevdiyiniz insanla münasibətlərdə
sərinləmələr yarada bilər. Situasiyanı gərginləşdirməyin.
Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Miqren riski var.
Milli.Az