Bu gün bir neçə rayonda qaz olmayacaq
16.7.2014

Bu gün Binəqədi, Xətai, Qusar, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad, Qazax rayonunun bir hissəsinə təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Gün.Az-ın “Azəriqaz” İB-nə istinadən verdiyi xəbərə görə, saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Qusar rayonuna, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad rayonlarının bir hissəsinə, saat 20:00-dək isə Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudiyyət qaz nəqli sistemində siyirtmənin əvəz olunması, qaz tənzimləyici qurğunun dəyişdirilməsi, qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədardır.

Gün.Az