Dünyada vərəmə qarşı yeni vaksinlər hazırlanır. Bunu Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə
mütəxəssisi Cəvahir Süleymanova bildirib.
Onun sözlərinə görə, hazırda vərəmə qarşı hazırlanan 10-a yaxın yeni
vaksin sınaqdan keçirilir. Mütəxəssis deyib ki, bu yenilik vərəmin
qarşısını almaq üçün müsbət dəyişikliklərə nail olmağa imkan verəcək.
ÜST nümayəndəsi qeyd edib ki, vərəm 15-44 yaşlı qadınlar arasında əsas
ölüm səbəblərindən biridir. 2010-cu ildə dünyada 320 min qadın vərəmdən
ölüb.