Doğuş Bakıya gəlir
16.7.2014

Ötən ay Beynəlxalq Uşaqlar Günü münasibəti ilə internat məktəblərini ziyarət etmək üçün Azərbaycana gələn Türkiyənin tanınmış müğənnisi Doğuş yenidən paytaxtımızın qonağı olacaq.

Müğənni avqustun 2-də paytaxtın istirahət məkanlarının birində sevənlərini qarşılayacaq.

İfaçı konsertdə köhnə mahnıları ilə yanaşı, yeni mahnılarını da səsləndirəcək.

publika.az