Türk xörəkpaylayan bir neçə saata milyonçu oldu
16.7.2014

Böyük Britaniyanın York şəhərindəki “Kapdokiya” türk restoranında xörəkpaylayan işləyən türkiyəli Fatih Ozan qəribə yuxu görüb.

O, yuxuda görüb ki, restoranın sahibi ilə üz-üzə durub və əllərində çox miqdarda pul tutub. Yuxudan ayılan Fatih belə qərara gəlir ki, ona lotoreyada udacağı əyan olub.

Təcili bilet almaq qərarına gəlib. Fatih “Millionaire Raffle” lotoreyasını almaq fikrinə düşüb. Amma tam bilet almağa pulu çatmayıb. Pulun qalan hissəsini - 4,5 funtu (8 dollar) restoranın sahibi Həyatidən alıb. O, restoran sahibinə üç saat yalvarıb ki, 4,5 funt verib lotoreyaya ortaq olsun. Yuxunu eşidən restoran sahibi ona pul verib. Yuxu çin çıxıb və lotoreya 1 milyon funt sterlinq (1,7 milyon dollar) udub.

Amma restoran sahibi bildirib ki, bilet də, uduş da ona məxsusdur və bileti xörəkpaylayanın əlindən alıb. Xörəkpaylayan məhkəməyə müraciət edib. Məhkəmə uduşu yarı bölüb.

ANS PRESS