Qoç - qarşınıza qoyduğunuz məqsədlərə inadla,
qətiyyətlə irəliləyin. Hədəfə çətinliklərlə də olsa, çatacaqsınız. Dəyər
verdiyiniz insanda özünüzlə bağlı xoş təəssüratlar yaratmağa çalışın.
Bizneslə məşğul olursunuzsa, sərmayədar tapa bilərsiniz. Bu şəxsin
sayəsində daha geniş miqyaslı, gəlirli işlərlə məşğul ola bilərsiniz.
Şəxsi
münasibətlər müstəvisindəki irəliləyişlər o qədər də önəmli dəyil.
Romantik insanla münasibətlərdə dəyişikliklər ola bilər. Müsbət
emosiyalar və xoş əhval axşam saatlarında olacaq. Özünüzü qoruyun.
Səhhətinizdəki kiçik problemlər sizi narahat etməsin.
Buğa -
peşəkar fəaliyyət baxımından əlverişli gündür. Mürəkkəb, çətin
planlarla müqayisədə daha asan, rahat və rutin işlərə üstünlük verin.
Qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün. Müstəqil çalışmağa can atın.
Maliyyə məsələlərində diqqətli olun.
Yaxın ətrafınızdakı insanlardan yaxşı məsləhətlər alacağınızı düşünməyin.
Yaxınlarınızı
və ailə üzvlərinizi dərhal anlamaq olmur. Amma münaqişə və ya
qarşıdurmaya səbəb olmayın. Çətin situasiyalarda güzəştə getməyi
bacarın. Səhhətinizdə yüngül problemlər yaransa, həkim resepti ilə
almadığınız dərmanları qəbul etməyin. Əks təqdirdə durumu daha da
ağırlaşdıra bilərsiniz.
Əkizlər
- peşəkar fəaliyyət sahəsində çətinliklər yarana bilər. Dəstəyinə adət
etdiyiniz tərəfdaşlar və ya müttəfiqlərin hərəkətlərində astagəllik var.
Rəqiblər və bədxahlar fəallaşıblar. Pula görə mübahisə yarana bilər.
Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma, sövdələşmə üçün münasib zaman
deyil. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin, ağır öhdəliklərə
boyun olmayın.
Təcili həll tələb etməyən məsələləri
yaxınlarla müzakirə etmək, hansısa abstrakt mövzularda mübahisələr
aparmayın. Nə qədər praktik davransanız, işləriniz bir o qədər uğurlu
olacaq.
Rahat davranın, özünüzü qoruyun.
Xərçəng
- bütün diqqəti işə yönəltsəniz, ciddi uğurlara nail olacaqsınız. Ən
ağır problemləri, ən çətin məsələləri müstəqil həll edin. Kimsədən
yardım, dəstək və ya məsləhət gözləməyin. Uzunmüddətli planlaşdırma üçün
əlverişli zamandır. Karyeranızın hansı istiqamətdə inkişaf edə
biləcəyini düşünün. İndi həmin istiqamətdə ilk addımlar atmaq olar.
Şəxsi
münasibətlərdə mənfi təmayüllərin təsiri güclüdür. Təmasları azaldın,
yalnız sizi anlayan insanlarla ünsiyyətdə olmaqla kifayətlənin. Yaşam
potensialının səviyyəsi aşağıdır. Özünüzü qoruyun, səhhətinizə fikir
verin.
Şir - maraqlı və
məhsuldar gün olacaq. Sərfəli işgüzar təkliflər ala bilərsiniz. Yeni
tərəfdaş və ya müttəfiqlə əməkdaşlıq sərfəli, uzunmüddətli ola bilər. İş
yerini dəyişmək üçün pis gün deyil. Amma bir şərtlə ki, fəaliyyət
sahəsini yox, sadəcə, iş yerini dəyişəsiniz.
Gəlirlər istisna deyil.
Dostlarla
ünsiyyət sizi sevindirəcək. Maraq və mövqelərinizi bölüşdürən
insanlarla qarşılaşa bilərsiniz. Yeni romantik münasibətlərin başlanma
ehtimalı çox deyil. Əvvəllər kəsilmiş əlaqələr bərpa olunacaq. Yaşam
potensialının səviyyəsi yüksək deyil. Axşam saatlarında səhhətiniz və
əhvalınız pozula bilər.
Qız -
müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Peşəkar fəaliyyət
sahəsində yeni layihələr, təşəbbüslər və işlər üçün uğurlu gündür.
Planlarınız qətiyyətli, cəsur olsun. Müttəfiq və tərəfdaşlar tapa
bilərsiniz. Yeni münasibətlərə başlamaqdan çəkinməyin.
Günün
ikinci yarısında gəlirlər olacaq. Alış-veriş uğurlu, sövdələşmə və
anlaşmalar sərfəli olacaq. İşgüzar tərəfdaşlarla müansibətləri
aktivləşdirmək üçün münasib zamandır.
Səhhətinizdə problemlər olmayacaq. İdmanla məşğul ola bilərsiniz.
Tərəzi
- çox uğurlu gündür. Süst və tənbəl olmayın, bir yerdə oturmayın. Mühüm
işə başlayıbsınızsa, onu yarımçıq qoymayın. Bir zamanlar məhsuldar
tərəfdaşlıq etdiyiniz insanlardan yardım ala bilərsiniz. Təsadüfi görüş,
tələsik söhbət karyeranızda yeni mərhələnin təməlinə çevriləcək.
Müsbət
təmayüllərin təsiri yalnız peşəkar fəaliyyət müstəvisində hiss
olunmayacaq. Şəxsi münasibətlərdə də durum pis deyil. Köhnə problemlər
asanlıqla həllini tapacaq. Yeni problemlər yaranmır.
Qeyri-adi şəraitdə romantik görüş üçün münasib vaxtdır.
Əqrəb
- hüquqi məsələlərin həlli, sənədləşdirmə, məmurlarla görüş və dövlət
strukturlarının nümayəndələri ilə təmaslarda diqqətli, səlis olun.
Nüfuzlu insanla mübahisələrdə mövqelərinizi qoruyun, yeni düşmən
qazanmadan arqumentlərdən faydalanın. İşdə həmkarlarla münasibətdə
sərvaxt və səmimi olun. Az sonra karınıza gələ biləcək məlumat
alacaqsınız.
Günün ikinci yarısı qarışıq, təbəddülatlı
olacaq. Hisslər mürəkkəbləşəcək, əsəblər tarıma çəkiləcək. Xoşagəlməz
sürprizlər istisna deyil. Ailə üzvləri və yaxınlarınızla qayğıkeş
davranın. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan
- uğurlu gündür. Nəzərdə tutduğunuz işləri görə biləcəksiniz.
Qətiyyətli olun, iradəli davranın, məqsədə doğru hərəkətdə astagəl
olmayın. Barəsində yetərincə məlumat əldə edə bilmədiyiniz işlərdə
ehtiyatlı və soyuqqanlı olsanız, gərəkli nəticə əldə edəcəksiniz. İşdə
rəhbərlik uğurlarınızı görəcək. Düşünülməmiş addım atmayıb emosional
danışmasanız, karyera inkişafı istisna deyil.
Günün ikinci yarısında situasiya qənaətbəxş olacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Rəqibləri üstələyə bilərsiniz.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Oğlaq
- eksperimentlər və riskli avantüralar yolverilməzdir. Sınanmış
metodlardan, yaşam təcrübənizdən yararlanın. Maliyyə işlərində nə qədər
ehtiyatlı olsanız, bir o qədər yaxşıdır. İdeyaları dərhal həyata
keçirmək mümkün deyil. Bəzi məsələləri unutmamaq üçün harasa yazın.
Yeni əməkdaşlığa başlamağı düşünməyin.
Günün
emosional fonu əlverişlidir. Yaxşı əhvalınızı qorumaqla yanaşı, yaxın
ətrafınızdakı insanların pozitiv olmalarına çalışın. Dəvət aldığınız
tədbirə yollanın.
Yaşam potensialının səviyyəsi yüksəkdir.
Dolça -
kiçik problemlər, xoşagəlməz və ani olaylar az deyil. Lakin ümumi
mənzərə ruhdan düşmək üçün səbəbə çevrilməməlidir. Hər şey
planlaşdırdığınız kimi alınmayacaq. İmprovizələr edin. Ən ağır
situasiyalardan öz maraqlarınızın təminatı üçün istifadə edin. Dəvlət
aldığınız tədbirlərə, habelə seminar və ya konfranslara qatılmaq olar.
Yenilikləri əxz etməklə yanaşı, faydalı tanışlıqlar əldə etmək olar.
Axşam
saatları ailəvi tədbir, ad günü, ziyafət və ya qonaqlıq üçün
əlverişlidir. Qonaqları yaxşı qəbul edin. Bahalı hədiyyələr ala
bilərsiniz. Geyim və ya zinyət əşyaları almaq üçün yaxşı gündür.
Balıqlar
- bir qədər əvvəl başladığınız işləri təxirə salmadan, uzatmadan
bitirin. Günü günə satmaqla yaxşı heç nəyə nail olmayacaqsınız. İşlər
çox olsa da, vaxtı dəqiq bölüşdürsəniz, yaxşı nəticələr əldə
edəcəksiniz. Yalnız çoxdan planlaşdırdığınız yeni işə başlamaq olar.
Fərqli layihələr üçün qüvvə və perspektivlərinizi dürüst qiymətləndirin.
Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər ola bilər. Təmaslarda son vaxtlar yaranmış problemin çözülmə ehtimalı artır.
Milli.Az