Prezident “İstiqlal” və “Şöhrət”ordeni verdi
17.7.2014

Azərbaycan prezidenti İlham Əliyev “İstiqlal” və “Şöhrət”ordenlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilib.

Digər sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tofiq Məhəmmədəli oğlu Zeynalov “Şöhrət” ordeni ilə təltif edilib.

Gün.Az