Mart ayının 11-də Bakıda havanın minimal temperaturu -2.8 dərəcə şaxta təşkil edib. Bununla da, 1900-cü ildə sutkalıq rekord göstərici (-2.0 dərəcə şaxta) təzələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında martın 13-də havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
Martın 14-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, gecəyə doğru isə havanın tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 13-14-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
APA