Nüfuzlu maliyyə nəşri “Forbes” dünyanın ən bahalı 50 futbol klubunun siyahısını açıqlayıb.
Reytinq cədvəlinə Çempionlar Liqasının hazırkı qalibi olan İspaniyanın “Real” klubu başçılıq edir.
“Forbes” jurnalistləri “Real”ın maddi vəziyyətini 3,44 milyard dollar dəyərində qiymətləndiriblər. Belə ki, “qalaktikos” Çempionlar Liqasında qazandığı qələbələr, həmçinin düşünülmüş marketinq siyasəti sayəsində maliyyə vəziyyətini möhkəmləndirib.
Qaret Beyl ilə müqavilə kluba yeni bazarları yiyələnmək imkanı verdi. Kriştianu Ronaldu isə bu il ikinci “Qızıl top”unu qazanaraq müasir dövrün ən güclü futbolçusu statusunda özünü təsdiq etdi.
Siyahının ikinci pilləsində “Barselona” qərarlaşıb. Maliyyəçilərin versiyasına görə, “katalonlar”ın maliyyə vəziyyəti 3,2 milyard dollar həcmindədir.
Liderlər üçlüyünü “Mançester Yunayted” bağlayıb.
Avropanın üç böyük nəhənginin ardınca “NFL — Nyu-York Yankiz” (2,3 mlrd) və “Dallas Kovboyz” (2,3 mlrd) komandaları gəlir. Top-50-ni İtaliyanın “Milan” klubu (856 milyon) qapayıb.
Gün.Az