Əməkdar Memar Rasim Əliyevin 80 illik yubileyi qeyd ediləcək
17.7.2014

İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar Memar, Dövlət Mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi qeyd ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbir çərçivəsində tanınmış sənətkarın müxtəlif illərində ərsəyə gətirdiyi memarlıq və rəsm əsərlərindən ibarət sərgisi açılacaq və onun haqqında çəkilmiş “Memar” filmindən fraqmentlər nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Rasim Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb

AzərTAc