ABŞ-ın Konnektikut ştatının 49 yaşlı sakini qarpızı “aqressiv” kəsərək həyat yoldaşını qorxutduğu üçün həbs olunub.
Qadın iyulun 4-də polisə şikayət edərək bildirib ki, Karmin Servellino alət üçün nəzərdə tutulan qutuda narkotik vasitə saxlayır.
Qadın qutuda olan narkotik vasitəni mobil telefonu ilə çəkib və fotonu polisə təqdim edib. O bununla yanaşı narkotiki öz otağında gizlədib.
Qadın evə qayıdan zaman masanın üzərində böyük ət bıçağının sancıldığı qarpız görüb. Bir neçə saniyədən sonra Servellino mətbəxə daxil olub, heç nə dəmədən aqressiv şəkildə qarpızı kəsməyə başlayıb. Qadının sözlərinə görə, Servellino bu şəkildə onu qorxutmaq üçün “passiv-aqressiv taktika”ya əl atmış olub. Qadın bıçağı da çəkərək polisə təqdim edib.
Nəticədə Karmin Servellino təhdid və ictimai qyda-qanunu pozduğuna görə saxlanılıb. Daha sonra o, 500 dollar müqabilində sərbəst buraxılıb.
Gün.Az