Qoç - Hər şey əladır. Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.
Maliyyə işlərini qaydaya sala, yeni gəlir mənbələri tapa, yaxud əla yatırım edə bilərsiniz. Sizi məhz məşğul olduğunuz işlər maraqlandırdığından bunların öhdəsindən tez gəlirsiniz. Tezliklə mükafat alacağınıza ümid edə bilərsiniz.
Buğa - Qadınlarla münasibətlərinizə diqqət yetirin: burada bəzi şeyləri təcili dəyişmək lazımdır ki, yaxın gələcəkdə heç bir problem yaranmasın. Təəssüf ki, peşəkar sahədə rəqabət apardığınız qadınları qiymətləndirmirsiniz: onlar sizə zərbə vurmaq imkanını ötürməyəck, saman altdan su yeridərək işlərinizi korlamağa çalışacaqlar.
Şəraitin birmənalı olmamasına rəğmən, konstruktiv mövqe tutur və yaranan çətinlikdən uğurla çıxmağı bacarırsınız. Düzdür, lokomotiv rolunu oynamaq elə də xoşunuza gəlmir: tərəfdaşlarınızı və köməkçilərinizi az qala ətəklərindən yapışıb arxanızca sürüyürsünüz, hələ onlar etiraz da edirlər!
Əkizlər - Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız.
Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.
Xərçəng - İş görmək üçün bundan yaxşı gün? Entuziazmla çalışırsınız, uğurlarınız da gecikmir. Rəhbərlik sizin səyinizi görür, işə yaradıcı münasibətinizi, peşəkarlığınızı, başqalarının əməyini təşkil etmək bacarığınızı layiqincə qiymətləndirir. Odur ki, yaxınlarda vəzifənizi böyüdə bilərlər.
Maliyyə vəziyyətiniz yaxşıdır. Pul ala bilərsiniz. Düzdür, heç gözləmirsiniz, amma mümkünsüz işlər də bəzən mümkün olur. Çoxdan rastlaşmadığınız biriylə görüşünüz sizi sevindirəcək. Aşiq Xərçənglər sevgililərindən oçx vacib sözlər eşidə bilərlər.
Şir - Uğurlu gündür. İşlərin öhdəsindən əla gəlir, rəqiblərinizi geridə qoyaraq, bədxahlarınızı tərksilah edirsiniz. Nüfuzlu insanlar sizə qahmar çıxmaqda az qala bir-birlərilə yarışırlar: onlar sizin uğurlu olduğunuzu aydın görürlər. Biznesmen xanımlar etibarlı iş ortaqları və əliaçıq investorlar tapacaqlar. Yeni və faydalı biliklər öyrənə bilərsiniz.
Gələcəyinizi bu gün fikirləşə bilərsiniz. Həm şəxsi, həm işgüzar sahədə planlar qura bilərsiniz. Sizin üçün daha vacib olanına köklənin.
Qız - Səhəriniz çox gözəl başlayır. Öz gücünüzə inanırsınız, bilirsiniz ki, uğura nail olacaqsınız - və hər şey də məhz bu cür baş verir. Sizin məlahətiniz qarşısında hətta sizə heç vaxt rəğbət bəsləməyən insanlar da duruş gətirmirlər. İstənilən danışıqlar məhz sizə lazım olan tərzdə keçir: çoxdankı düşməninizi də dostunuza çevirə bilərsiniz.
Axşam isə bir qədər fərqlidir. Xeyli xırda problem yaranır, bunların ucbatından çox vacib hesab etdiyiniz işlərin həllini təxirə salmalı olursunuz. Rəhbər Qızları tabeçiliklərində olanların əfəlliyi və tənbəlliyi həddən artıq hirsləndirəcək.
Tərəzi - Dünyanı gözəlləşdirmək, ehtiyacı olanların qayğısına qalmaq, hamının xoşbəxtliyinə nail olmaq istəyindəsiniz. Bunlar hamısı çox gözəl, amma çətin həyata keçən arzulardır. Bir neçə uğursuz cəhddən sonra sizdə ruh düşkünlüyü yaranır. Bax elə bu zaman özünüzü ələ almağınız lazımdır. Bunun öhdəsindən gələ bilsəniz, gerisi asan olacaq.
Qadınlarla ünsiyyət isə həddən artıq çətindir: onlar sizin eşitmək istəmədiyiniz sözləri deyir, gözləmədiyiniz hərəkətləri edirlər. Gün intellektual məsələlərin həlli, dünyagörüşünün genişləndirilməsi, həmçinin tədqiqatlar üçün daha uyğundur.
Əqrəb - Düzgün qərarlar qəbul edərək onları həyata keçirməyin vaxtı gəlib çatdı. Hələlik gələcək uğurlarınız üçün baza yaradırsınız. Amma nə qədər vacib olduğunu nəzərə alaraq bunu ciddi şəkildə həyata keçirməkdəsiniz. Sənədlərin hazırlanmasında çox diqqətli olun: bu gün buraxdığınız cüzi bir səhv gələcəkdə çox böyük və ciddi problemlər yarada bilər.
Şəxsi həyatınızda nəyisə dəyişmək şansınız olacaq. Yeni tanışlıq da qura bilərsiniz. Sizdən tələb olunan - sosial aktivlikdir. İctimai tədbirlərdən qaçmayın, o zaman sizin üçün vacib olan insanların diqqətini qazana bilərsiniz.
Oxatan - Gün qayğılarla doludur. Köhnə problemlər baş qaldırır, gizli saxlamaq niyyətində olduğunuz məlumatlar ildırım sürətilə yayılmağa başlayır. Rəhbərlik və həmkarlarla münasibətlər gərginləşir və siz tezliklə müxalifətdə qalırsınız, düzdür, bu o qədər də uzun sürməyəcək, amma müxalifliyiniz qatı olacaq. Maraqlarınızı qorumalı olacaqsınız.
Bundan əlavə, bu gün çox dəyərli təcrübə qazana bilərsiniz. Bu gün öyrəndikləriniz həyatda dəfələrlə köməyinizə çatacaq. Yaxın adamların dəstəyinə güvənə bilərsiniz, onlar istənilən halda sizin tərəfinizdə olacaqlar.
Oğlaq - Diqqətli və ağıllı olun, o zaman günü itkisiz başa vura bilərsiniz. Sizi idarə etməyə çalışacaq, nələrəsə təhrik etmək istəyəcəklər. Ancaq sağlam düşüncə qurulan tələlərə düşməməkdə sizə yardımçı olacaq. Rəhbərlik və ya həmkarlarınızla mübahisələr mümkündür. Öz mövqeyinizi qoruya biləcəksiniz, amma buna baxmayaraq, xoşagəlməz izlər uzun müddət silinməyəcək.
Şəxsi münasibətlər sabit və ahəngdardır. Sizə əziz olan insanın əhvalı gözlədiyinizə rəğmən, çox tez-tez dəyişir, amma hər halda, ümumi dil tapa bilirsiniz. Ailəli Oğlaqlar uşaqlarla yaxşı vaxt keçirə biləcəklər.
Dolça - İşgüzar aktivliyiniz yüksəkdir, işdə xeyli uğur qazana bilərsiniz. Sizin üçün çox vacib olan bir məsələdə ciddi irəliləyiş mümkündür. Həm özünüz məhsuldar işləyir, həm də başqalarının işlərinə uğurla rəhbərlik edirsiniz. İşlə bağlı danışıqlar əla keçir, əcnəbi ortaqlarla asanlıqla ümumi dil tapa bilirsiniz.
Ünsiyyət üçün əla gündür, həm yaxınlarınız, həm də yeni tanışlarınızla yaxşı anlaşırsınız. Sevgilinizlə miünasibətlərinizə kölgə salan xırda anlaşılmazlıqlar da artıq geridə qalıb, həyatın dadını çıxarın.
Balıqlar - Yaradıcı işlə məşğul olan Balıqların çoxlu gözəl ideyaları yaranır. Onlar nəinki nə isə dahi bir şey fikirləşib tapa, eyni zamanda onu həyata keçirə bilərlər. Təklikdə çalışmaq məcburiyyəti olmayacaq: tərəfdaş və həmfikirlərin sayı çoxdur. Maraqlı təkliflər almanız mümkündür, bir çox Balıqların daha maraqlı iş tapmaq şansları var.
Məqsədyönlülük, inadcıllıq sizə istənilən işdə uğur vəd edir. Hətta möhtəşəm qələbənizlə şoka saldığınız rəqibləriniz də sizə qarşı kin hiss etmirlər: demək olar ki, hamının bu gün xoşuna gəlirsiniz.
Milli.Az