Bakıda yeni park salınır – FOTO
18.7.2014

Nəsimi rayonu ərazisindəki Cavadxan küçəsindəki parkın tikintisi başa çatmaq üzrədir.

Bunu tikinti rəhbəri Urfan Hüseynov bildirib. Onun sözlərinə görə, layihənin sifarişçisi Nəsimi rayon İcra Hakimiyyətidir.

Park iki hissədən ibarətdir. Ümumi sahəsi 2,5 hektardır. Burada 10 min kvadratmetrlik qazon örtüyü əkilib. Parkda oturacaqlar, zibil qutuları, böyük fəvvarə, müasir işıq sistemləri, 4 ədəd heykəl, attraksion və dəmir yolu olan uşaq əyləncə bucağı, süni şəlalə, iki yeraltı ayaqyolu tikilib.

Dekorativ ağaclar və kollar əkilib.

www.oxu.az