Nəsimi rayonu ərazisindəki Cavadxan küçəsindəki parkın tikintisi başa çatmaq üzrədir.
Bunu tikinti rəhbəri Urfan Hüseynov bildirib.
Onun sözlərinə görə, layihənin sifarişçisi Nəsimi rayon İcra
Hakimiyyətidir.
Park iki hissədən ibarətdir. Ümumi sahəsi
2,5 hektardır. Burada 10 min kvadratmetrlik qazon örtüyü əkilib. Parkda
oturacaqlar, zibil qutuları, böyük fəvvarə, müasir işıq sistemləri, 4
ədəd heykəl, attraksion və dəmir yolu olan uşaq əyləncə bucağı, süni
şəlalə, iki yeraltı ayaqyolu tikilib.
Dekorativ ağaclar və kollar əkilib.
www.oxu.az