Bu ilin aprel ayından start götürmüş Bakı 2015 Oyunları Akademiyası bu gün bir sıra aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığını elan etməkdən fəxr hissi duyur.
Oyunlar Akademiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə yaradılmışdır. Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Akademiyanın yaradılmasında məqsəd azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və Oyunlarla bağlı biliklərini artırmaq, eləcə də, Məzun Təlim Proqramı vasitəsilə universitet məzunlarıının inkişafına dəstək göstərməkdir.
İndi ali təhsil ocaqlarının, o cümlədən İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakıda şəhərində yerləşən Azərbaycan Diplomatik Akademiyasının (ADA), Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasının (BOA), eləcə də, Amerikanın Broadstone konsaltinq şirkətinin dəstəyini cəlb etmək mümkün olacaqdır.
Transmilli neft və qaz şirkəti olan BP ilk Avropa Oyunları ilə bağlı öhdəliyinin bir hissəsi kimi Oyunlar Akademiyasının Müstəsna Rəsmi Tərəfdaşıdır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyat İmkanları və Hazırlıq şöbəsinin direktoru və Oyunlar Akademiyasının məsul şəxsi cənab Qeyvn MakAlpayn demişdir: "Mən Oyunlar Akademiyamızın icra tərəfdaşlarını elan etməkdən məmnunam və Bakı 2015 komandamızın bilik və bacarıqlarının artırılmasına kömək etmək məqsədilə onlarla birgə çalışmağı səbirsizliklə gözləyirəm.
Oyunlar Akademiyası şəxsi inkişaf baxımından nadir imkandır və nüfuzlu şirkətlərin dəstəyi bunu bir daha təsdiqləyir.
Sözügedən proqram Azərbaycandakı və Avropadakı gənclər üçün çox faydalı olacaq və ilk Avropa Oyunlarından sonra çox vacib imkanlar üçün irs qoyacaqdır".
ADA Bakı 2015 Avropa Oyunları ilə birgə işləyərək işçilərin iş yerində səmərəliliyinin artırılmasına yönələn və əsas bacarıqların öyrədilməsi ilə bağlı üç kurs hazırlayıb həyata keçirəcəkdir.
Xarici İşlər Nazirinin müavini və ADA-nın rektoru Hafiz Paşayev demişdir: "Biz ilk Avropa Oyunlarında rol oynamağımızdan və Bakı 2015 Avropa Oyunlarının rəhbər işçiləri üçün keçirilən təlimdə öz təcrübəmizi bölüşməyimizdən məmnunuq.
Əsas bacarıqların öyrədilməsi ilə bağlı keçəcəyimiz görüşlər bütün işçilərin planlaşdırma və təşkil etmə, iclasları yönəltmə və səmərəli təqdimatların keçirilməsi ehtiyaclarının qarşılanması baxımından uyğunlaşdırılacaqdır. İnanıram ki, Bakı 2015 İlk Avropa Oyunları, bizim digər beynəlxalq tərəfdaşlarımız kimi, ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnun qalacaqlar".
Bakı 2015 Avropa Oyunlarının Məzun Təlim Proqramının iştirakçılarını maarifləndirmək və onların idman dünyası haqqında anlayışlarını artırmaq məqsədilə BOA özünün Olimpiya sahəsindəki elmi təcrübəsindən istifadə edəcəkdir.
Proqrama bir il müddətində keçiriləcək və Oyunların aspektlərinin planlaşdırılmasına və həyata keçirilməsinə qarşı real məsuliyyətli iştirakçılardan ibarət üç həftəlik intensiv təlim daxil olacaqdır.
2012 və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün Məzun Təlim Proqramında hələ də yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-i, cümə gününə kimi açıq olacaqdır. Müraciətlər buradan edilə bilər: www.facebook.com/baku2015gamesacademy
Azərbaycanda 3325-dən artıq işçisi olan BP şirkəti ölkədə gələcək karyera inkişafı üçün imkanları müəyyən edəcək və hazırlayacaqdır.
BP-nin sözçüsü demişdir: "Oyunlar Akademiyası beynəlxalq iş mühitində işləmək kimi əhəmiyyətli təcrübə qazanmaq baxımından yüksək potensiallı Azərbaycanın gənc vətəndaşları üçün nadir imkandır.
BP Azərbaycanın gələcək işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirəcək və ölkənin əsas beynəlxalq idman yarışlarını və digər böyük, kompleks layihələri həyata keçirmək bacarığını genişləndirəcək bir proqramı dəstəkləməkdən məmnunluq hissi duyur".
AISTS-in Fərdi Öyrənmə Yoluna uyğun olaraq keçirilən aylıq təqdimatlar Bakı 2015 Avropa Oyunlarının işçilərinə bugünün idman mənzərəsini formalaşdıran son problemləri və hadisələri kompleks şəkildə başa düşməkdə kömək edəcəkdir.
Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
trend.az