Qoç - güc və enerjiniz az deyil. Planlarınızdan
imtina etməyin. Niyyətləriniz bəzilərinə absurd təsir bağışlasa da, geri
çəkilməyin. Ehtiyac yaranarsa, səbrlə gözləməyi bacarın. Sakit,
soyuqqanlı, təmkinli olun. Gərəksiz hisslərə qapılaraq özünüzlə yanaşı,
ətrafınızdakı insanları da nigaranlığa düçar etməyin.
Günün
ikinci yarısında işgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərə də
nəzər salmaq olar. Situasiyanın zəif və üstün cəhətlərini
dəyərləndirərək bəzi prosedurları dəyişə bilərsiniz. Sevdiyiniz
insanlarla münasibətlərdə təşəbbüskar olun.
Səmimiyyət və qarşılıqlı sayğı çox önəmlidir.
Buğa
- sakit, soyuqqanlı olsanız, gün yaxşı keçəcək. Tələskənlik və
vurnuxmaya yol verməyin. Mühüm işləri təxirə salmayın. Hisslərdə səbatlı
olun, yaxın ətrafınızdakı insanlarla rəvan davranın.
Tərəfdaşlığa
başlamaq olar. Bir zamanlar xətrinizə dəyən və ya problemlər yaradan
insandan qəfil xəbər alacaqsınız. O, günahının bağışlanmasını istəyir.
Şəxsi münasibətlərdə köklü şəkildə nəyisə dəyişmək istəyirsinizsə,
tələsməyin. Qəti addımlar və ya qərarlar üçün əlverişli zaman deyil.
Səhhətinizdə kiçik problemlər yarana bilər.
Əkizlər
- işgüzar aktivlik səviyyəsi aşağı olacaq. Amma tənbəllik və süstlüyün
öhdəsindən gəlin. Astagəl olmayın. Yaranan imkanlardan yararlanın.
Situasiyanı dəyərləndirərək maraqlarınızın təminatına çalışın.
Alış-verişdə bədxərclik etməyin.
Yaxınlarınızla
münasibətlərdə rəvan olun, qarşılıqlı iradlara və tənqidə aludə
olmayın. Köhnə səhvlər və incikliklər gündəmə gətiriləcək. Yeni
ideyalarınızı dəstəkləməyəcəklər. Axşam saatları fiziki iş və ya sükan
arxasında çox vaxt keçirmək üçün əsla uyğun deyil.
Xərçəng
- maraqlı iş tapıla bilər. Həmin işə diqqətli yanaşın. Bilik və
bacarıqlarınızı nümayiş etdirin. Rəqibləri üstələmək üçün aktiv
davranın. Nə isə öyrənə biləcəyiniz insanlarla təmasları
intensivləşdirin. İşgüzar maraqlarınızı bölüşən insandan faydalı məlumat
ala bilərsiniz.
Həddən ziyadə emosional olmayın.
Hisslərinizi bölüşəcək insanları müəyyənəşdirin. Əks təqdirdə naqolay
vəziyyətə düşə bilərsiniz. Yaşda sizdən xeyli böyük olan insanla
təmaslarda diqqətli və sayıq olun.
Axşam saatlarında yeni işə başlamayın.
Şir
- ağır və həlli çətin təsir bağışlayan problemin çözümü üçün münasib
zamandır. Təsir altına düşməyin, avantüralara uymayın. Sizi aldatmağa
çalışırlar. Nə istədiyinizi dəqiq müəyyənləşdirin, məqsədə doğru ən qısa
yolla hərəkət edin. Maliyyə və ya əmlak məsələlərinin çözümündə tələsik
qərarlar verməyin.
Yaxşı gəlir əldə edə bilərsiniz. Sənədləşdirmə məsələləri üçün əlverişli zamandır.
Günün
ikinci yarısında problemlər yaranacaq. Yaxınlarınızla ünsiyyətdə
güzəştlərə getməyi bacarın. Xırda, önəmsiz məsələlərdə inadkarlıq
etməyin.
Əsəb gərginliyi axşam saatlarında başağrıları yarada bilər.
Qız
- praktik səciyyəli işləri yerinə yetirmək üçün əlverişli zamandır.
Proseslərdə qayda yaratmağa çalışın. Situasiya nəzarədən çıxarsa, onu
məcraya qaytarmaq üçün aqressiv, spontan addımlar atmayın. Səfər və ya
səyahət sizi usandıra bilər. Müsbət emosiyalar azdır.
Günün
ikinci yarısında illüziyalara qapılaraq düşünülməmiş addımlar atmayın.
Hisslərin əsirinə çevrilməyin. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Əhvalınız pis deyil. Fiziki iş məsləhətdir.
Tərəzi
- işlərin gedişatı pis deyil. Ruhdan düşməyin, əhvalınızı pozmayın.
Məqsədlərdən birinə çata bilmirsinizsə, günahı başqalarında, situasiyada
aramayın. Düşündüyünüzü əldə edə bilərsiniz. Maliyyə məsələlərini həll
etmək üçün münasib gün deyil. Bütün amilləri nəzərə almaq, optimal
strategiyanı müəyyənləşdirmək asan deyil.
Günün ikinci yarısı
romantik görüşlər üçün əlverişlidir. Sevdiyiniz insanla mümkün qədər
çox vaxt keçirməyə çalışın. Dostlarla təmaslar sizə xoş anlar bəxş
edəcək. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb
- təşəbbüskar olun, illüzor təsir bağışlayan hədəfə doğru ilk adımı
atmaqdan çəkinməyin. Bir müddət sonra etibarlı müttəfiq və ya yardımçıya
çevriləcək insanla tanış ola bilərsiniz. Yeni biznes-layihənin
perspektivlərini, təfərrüatlarını müzakirə edin.
Ailədə kiçik
anlaşılmazlıqlar yarana bilər. Adi günlərdən fərqli olaraq
yaxınlarınızla kəskin mübahisələr etməyin. Təmaslardakı harmoniya az
sonra bərpa olunmalıdır. Münaqişəyə səbəbkar olmayın, qarşıdurmaya yol
verməyin. İnteryer predmetləri və mebel almaq üçün əlverişli zamandır.
Oxatan
- yetərincə uğurlu gündür. Yeni məqsədlər və hədəfləri müəyyənləşdirə
bilərsiniz. İndiyədək öhdəsindən gəlməyəcəyinizi düşündüyünüz işləri
başa vura bilərsiniz. Son vaxtlar sürəkli mübahisə və ixtilafda
olduğunuz insanla barışın. Əməkdaşlıq, tərəfdaşlıqla bağlı razılığa gələ
bilərsiniz.
Sevdiyiniz insanla səmimi olun. Hiyləgərliyə və
ya hissləri gizlətməyə ehtiyac yoxdur. Yaradıcılıq fəaliyyətində uğurlar
istisna deyil. Yeni hobbi ola bilər. Əhəmiyyətli məbləğdə gəlir əldə
edəcəksiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oğlaq -
yeni mənqədə doğru əzmlə addımlamaq istəyənlər üçün münasib zamandır.
Tələsik qərarlar qəbul etməyin, vurnuxmayın. Ehtiyatlı davranın,
avantürizmə qapılmayın. Yeni yollar arayanda, risk edəndə, situasiyanın
tələbi ilə hiyləgərliyə əl atanda sayıq davranın.
Sərfəli
anlaşmalar istisna deyil. Əmlak məsələlərini uğurla həll edə bilərsiniz.
Yaxşı gəlir əldə etməyinizə imkan verəcək məlumat alacaqsınız.
Axşam saatları gəzinti və aktiv istirahət üçün yaxşı zamandır.
Dolça
- qəfil səfər zərurəti yarana bilər. Günlə bağlı planlarda sürəkli və
ən başlıcası, sürətli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı
insanların çoxsaylı məsləhətləri sizi çaşdıra bilər. Məqsədə doğru
optimal yolu arayın, dürüst qərarlar qəbul edin. Gözlənilməz hədiyyə və
çox maraqlı təkliflərin alınması istisna deyil.
Axşam
saatları qohumlarla təmaslar, ailə ilə bağlı məsələlərin müzakirəsi üçün
əlverişlidir. Enerjili olun. Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Özünüzü yaxşı hiss edəcəksiniz.
Balıqlar
- çox uğurlu gündür. Çoxdan bəri həyata keçirmək istədiyiniz layihəni
reallaşdıra biləcəksiniz. Yeni tanışlıqlar, rəğbət bəslədiyiniz
insanlarla görüşlər istisna deyil. İntuisiyanız kəskindir. Peşəkar
fəaliyyət müstvaisi ilə yanaşı, şəxsi münasibətlərdə diqqətli davranın.
Səhhətinizdə
problem ehtimalı azdır. İşlər çox olsa belə, ifrat yorğunluq hiss
etməyəcəksiniz. Sağlamlıq prosedurları üçün əlverişli zamandır.
İmiclə eksperimentlər aparmaq olar.
Alış-verişdə qeyri-adi, ekstravaqant nəsnələr almaqdan çəkinməyin.
Milli.Az