İtaliyanın “qızıl səsi” Bakıda (FOTO)
21.7.2014

İtaliyanın “qızıl səsi” Bakıda konsert proqramı ilə çıxış edib.

İyulun 20-də Beynəlxalq Muğam Mərkəzində İtaliyanın “qızıl səsi” Robertino Lorettinin konserti olub.

Konsertə gələnlərə minnətdarlığını bildirən R.Loretti deyib ki, Bakı kimi gözəl şəhərdə konsert proqramı ilə çıxış etməyinə çox şaddır.

Müğənninin ifasında onun hamı tərəfindən sevilən hit mahnıları – “Romantica”, “O sole mio”, “Santa Lucia” və s. səslənib.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Emin Əminzadə də çıxış edib. O, R.Lorettinin repertuarından məşhur “Besame Mucho” mahnısını oxuyub.

Tamaşaçılar İtaliyanın “qızıl səsinin” çıxışını alqışlarla qarşılayıblar.



ANS PRESS