“Mr. & Mrs. Smith” filmində birlikdə oynayandan sevgi yaşamağa başlayan və altıuşaqlı böyük bir ailəyə sahib olan Ancelina Coli və Bred Pitt cütlüyü 10 il sonra yenidən eyni filmdə rol alacaqlar.
Uzun müddətdir sevgi filmində birlikdə oynayacaqları deyilən cütlük axır ki, ehtimalları doğrultdu. Filmin rejissorluğunu da 39 yaşlı Ancelina Coli edəcək.
“Dəniz kənarında” adı ilə məlum olan filmin çəkilişləri Maltada baş tutacaq. İyun ayında Maltaya gedib məkanı araşdıran cütlük filmin ərsəyə gəlməsinə də birlikdə çalışacaq.
olaylar.az