Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində tikilən körpünün yanaşma yollarında aşınma qatının vurulması başa çatdırılıb.
Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.
Məlumata görə, bu gün səhər saatlarından həmin istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Qeyd edək yeni inşa olunan 3 aşırımlı körpünün uzunluğu 316 m, eni isə səkilərlə birlikdə 14,5 m təşkil edir.
publika.az