Qoç - işdə rəhbərliklə münasibətlərdə problemlər
ola bilər. Hətta iş yerini dəyişməklə bağlı fikirlər yaranması istisna
deyil. Qəbul etdiyiniz qərardan asılı olmayarq tələsik davranmayın,
düşünülməmiş addımlar atmayın. Kiçik gəlirlər olacaq. Bədxərclik
etməyin.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Sevdiyiniz insan sizə qayğı göstərəcək, dəstəkləyəcək.
Axşam saatlarında səhhətinizə fikir verin.
Buğa -
müttəfiq və ya həmfikirlərlə birlikdə gördüyünüz işlərdə uğur əldə edə
bilərsiniz. Problemlərin həllinə qeyri-standart yanaşın. Belədə
qarşınıza qoyduğunuz məqsədlərə daha tez çata bilərsiniz.
Peşəkar fəaliyyət müstəvisindəki nailiyyətləri sizdə çoxdan bəri rəğbət yaradan insanlardan maraqlı təkliflər ala bilərsiniz.
Axşam
saatları dostlar və qohumlarla ünsiyyət üçün əlverişlidir. Ailəvi
tədbir pozitiv emosiyalar bəxş edəcək. Romantik görüşlər pis keçməyəcək.
Əhvalınızdan şikayətlənməyə səbəb yoxdur.
Əkizlər
- işdə kiçik problemlər yaransa da, gün pis deyil. Tələsik qərarlar
qəbul etməyin, sonradan təəssüf hissi yaradacaq addımlar atmayın. Yanlış
qərarların fəsadları çox ağır ola bilər.
İşdə həmkarlarla mübahisələr zamanı soyuqqanlı və təmkinli olun. Şəxsi münasibətlərdə peşəkar məsələləri qarışdırmayın.
Şəxsi
münasibətlərdə köklü dəyişikliklər istsina deyil. Axşam saatları
görüşlər və təmaslar üçün əlverişlidir. Ünsiyyət qurmaq istədiyiniz
insanla aktiv danışın. Köhnə dostların qəfil vizitləri və xoş
sürprizləri istisna deyil.
Xərçəng
- münasib, yaxşı gündür. Problemlərin sayı artsa da, onların arasında
maraqlı işlər var. Bu çətinliklərin həlli qarşınızda yeni perspektivlər
yaradır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə dəyişikliklər,
irəliləyişlər ola bilər.
Gəlirlər kiçik olsa da, məbləği vaxtında əldə edəcəksiniz.
Günün
ikinci yarısı şəxsi münasibətlər baxımından münasib deyil. Sevdiyiniz
adama qayğı ilə yanaşın, onun tələblərini qulaqardına vurmayın. Axşam
saatlarında aktiv istirahəti seçin. Gəzinti əhvalınıza və səhhətinizə
xoş təsir edə bilər.
Şir -
ətrafınızda vurnuxma və tələskənlik olsa belə, səbrli davranın, təmkinli
olun. Maliyyə məsələləri ilə bağlı istənilən qərarları yaxşı düşünəndən
sonra qəbul edin. Görüləcək işin mənfi və müsbət tərəflərini real
dəyərləndirin. Əhəmiyyətli maliyyə itkisi riski var.
İndiyədək sizə çox yaxşılıqlar etmiş insanla münasibətləri gərməyin.
Ailədə
münasibətlər rəvan, harmonik olmalıdır. Yaxınlarınızla dil tapmağa
çalışın. Sevdiyiniz insanı tez anlayın. Yaşam potensialının səviyyəsi
yüksəkdir. Qüvvə və enerjiniz çoxdur. Yorğunluq hiss etməyəcəksiniz.
Qız -
işdə həddən ziyadə diqqətli olun. Səhv riski böyükdür. Həmkarlar və
rəhbərlik sizin tərəfinizdədir. Çətin situasiyada mütləq şəkildə yardım,
dəstək alacaqsınız. Alış-verişdə diqqətli olun. Bədxərclik etməyin.
Dostlarla
ünsiyyət, problemlərin müzakirəsi üçün əlverişli zamandır. Romantik
təmaslar pis olmayacaq. Sevdiyiniz insanla ünsiyyətdə adi günlərdən
fərqli olaraq tənqid və iradların sayını artırmayın. Kiçik səfərlər üçün
əlverişli zamandır.
Tərəzi -
xoşagəlməz hadisələrin sayı azalmasa da, gün o qədər uğursuz deyil.
Diqqəti əsas işlərə yönəldin. İkinci dərəcəli məsələləri təxirə salmaq
və ya ertələmək olar. Maliyyə məsələlərinə görə mübahisələr istisna
deyil. Uzunmüddətli anlaşmalar və ya müqavilələr üçün yaxşı gün deyil.
Emosional
fon stabildir. Baş verənlərə rəğmən əhvalınızı pozmayın.
Yaxınlarınızdan biri ilə bağlı önəmli informasiya, mühüm məlumatın
alınması istisna deyil.
Dəvət aldığınız tədbirə qatılın. Gün yeni tanışlıqlar vəd edir.
Əqrəb
- yeni işlərə və layihələrə başlamaq üçün pis gün deyil. Əməkdaşlıq
miqyasını artırmaq olar. Liderlik məziyyətlərinizi nümayiş etdirin, yeni
müttəfiqlər tapın. Əvvəllər yaratdığınız işgüzar münasibətləri bərpa
etmək olar. Tərəfdaşlıqla bağlı yeni təkliflər alacaqsınız.
Səbrli
olun, başqasının nöqsanlarına və zəifliklərinə dözümlü yanaşın. Adi
günlərdən fərqli olaraq mübahisə, ixtilaf və münaqişə riski artır.
Sevdiyiniz insanla çəkişməyin. Səhhətinizi sınağa çəksəniz, əhvalınız
pisləşə bilər.
Oxatan - yeni
işlərə başlayarkən ehtiyatlı olun. Onlar düşündüyünüz kimi sadə deyil və
yetərincə səy tələb edəcəklər. Müttəfiqlər sizi dəstəkləyəcək. Amma bu
dəstək yalnız sözlərdən ibarətdir. Bütün problemləri müstəqil həll
etməli olacaqsınız. Yorğunluq hissi yaranacaq. Xroniki ağrılar yenidən
aktivləşəcək.
Ailə işləri çox vaxt və əsəb tələb edəcək. Ağır
situasiyaya düşmüş yaxınlarınız üçün yeganə dəstək, ümid yerisiniz.
Onların müraciətlərini gözləmədən yardım edin.
Oğlaq -
böyük xərclər tələb edən gündür. Qəfil itkilər ola bilər. Təxribatlara
uymayın. Ünsiyyəti indiyədək yaxşı heç nə verməmiş insanların vədlərinə,
sözlərinə inanmayın. Belələrinə aldanmayın.
İşdə münaqişələr istisna deyil. İndiyədək bel bağladığınız insanlar belə, sizi dəstəkləməyəcək.
Günün
ikinci yarısında dostlar və yaxınlarınız sizə kömək edəcək. Onlara
durumunuzu uzun-uzadı anlatmağa ehtiyac yoxdur. Sevdiyiniz insan
yanınızdadır.
Dolça - müsbət
təmayüllərin təsiri çox güclüdür. Uğurlu gündür. İşlərinizdə ciddi
uğurlara nail olacaqsınız. Ciddi təşəbbüs göstərmədən belə, maraqlı
təkliflər ala bilərsiniz. İşdə başqalarının bacarmadığı məsələnin
öhdəsindən gələcəksiniz və rəhbərlik də bunu görəcək.
Qeyri-kommersiya layihələrini həyata keçirmək üçün əlverişli zamandır.
Yaşam
potensialının səviyyəsi yüksəkdir. Qıvraq və enerjili olun. Bütün günü
ayaq üstə qalsanız belə, ifrat yorğunluq hiss etməyəcəksiniz.
Axşam saatlarında sevdiyiniz insanla nə qədər çox vaxt keçirsəniz, münasibətləriniz bir o qədər harmonik olacaq.
Balıqlar
- günün ilk yarısında mühüm qərar qəbul etməyin, ağır və çətin
problemin həllinə başlamayın. Sizə qarşı münasibəti sizdə azacıq da
olsa, şübhə yaradan insanlarla uzun-uzadı söhbətlər aparmayın.
İşdə
rəhbərliklə ciddi fikir ayrılığı yarana bilər. Düşünülməmiş açıqlama və
ya emosional davranış maliyyə itkilərinə səbəb ola bilər.
Günün ikinci yarısı pis deyil. Köhnə dostlarla görüşdə yaxşı xəbərlər alacaqsınız. Qəfil etiraflar istisna deyil.
Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün pis zaman deyil.
Milli.Az