İşgəncələrə Qarşı Azərbaycan Komitəsi qəzet nəşr edəcək
22.7.2014

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi qəzet nəşr edəcək.

Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun verdiyi məlumata görə, iyul ayının 23-də qəzetin ilk nömrəsi nəşr olunacaq: ““Qanunun səsi” adlı qəzet nəşr etməyi qərara almışıq. Qəzet ayda iki dəfə çıxacaq. Qəzetdə komitəyə edilən şikayət və müraciətlər, keçirdiyimiz monitorinqlərlə bağlı məqalələr dərc olunacaq. Qəzetin həmtəsisçiləri Qəribağa Novruzov və Nizami İbrahimovdur. Nizami İbrahimov həm də qəzetin baş redaktoru olacaq”.

APA