Kicik QalArt qalereyası sizi məşhur gürcü rəssamı Koka Ramişvilinin "Ağ
işıq" sərgisinə dəvət edir. Sərgi 15 mart 19:00-da açılacaq.
Koka Ramişvili Gürcüstanda aktual incəsənətin aparıcı rəssamlarındandır.
O, aktual incəsənətin qərb səhnəsində də məşhurdur. Rəssam həm də
Türkiyə, İsveçrə və Fransada pedoqoji fəaliyyətlə məşğul olur. 1991-ci
ildən etibarən onun işləri daha aktual işlər siyahısına daxil edilib.
Koka Ramişvilinin işləri ABŞ, Fransa, Almaniya, İsveçrə, Rusiya, İsveç
və başqa müasir incəsənət kolleksiyalarında saxlanılır. Tate Modern
-London, Prato Müasir İncəsənət Mərkəzi -İtaliya, Müasir İncəsənət
Mərkəzi -Paris, Müasir İncəsənət Mərkəz -Jenevada nümayiş etdirilib.
Bundan başqa, rəssam 53-cü Venesiya Biennalesində Gürcüstan pavilyonunu
təmsil edib.
19.03.2012 18:00-da və 20.03.2012 13:00-da Kicik QalArt qalereyasında rəssamın mühazirəsi olacaq.