Araşdırma müəllifləri iddia edirlər ki, qadınlar kişilərdən daha çox, digər qadınlara təsir etmək üçün bəzənirlər. Sorğuda iştirak edən qadınların 3-də ikisi həmcinslərindən kompliment almaq üçün geyinib-bəzəndiklərini etiraf ediblər. Bir dəriyə qulluq şirkətinin keçirdiyi sorğuya görə, 18-30 yaşlı hər on qadından 6-sı gecə çölə çıxmaq üçün bəzənərkən sevgililərini deyil, rəfiqələrinin necə reaksiya verəcəyini fikirləşirlər.
Həqiqi komplimenti qadınlar deyir
Sorğuda iştirak edən qadınların 4-də birindən çoxu həqiqi komplimentləri kişilərdən deyil, qadınlardan aldıqlarını deyiblər.
Qadınların üçdə ikisi kişilərin komplimentlərinin adətən standart olduğunu və bunu düşünmədən dediklərinə inanırlar. Sorğuda iştirak edən qadınların 48 faizi yad qadınlardan kompliment eşitməyi üstün tutduqlarını, 50 faizi sırf hansısa kişiyə təsir etmək üçün geyinib-bəzənmədiklərini, 22 faizi isə kişilərin fikirlərinin onlar üçün elə də əhəmiyyətli olmadığını deyib.
Qadınların 26 faizi partnyorlarının paltar, makiyaj və moda məsələlərində işə yaramadığını bildiriblər. Onlar kompliment məsələsində qadınlara daha çox etibar etdiklərini bildiriblər. Amma qadınlar bir-birlərinə nə qədər kompliment desələr də, rəfiqələr arasında rəqabət olduğuna inanırlar.
Sorğuda iştirak edən qadınların 25 faizi rəfiqələri qədər yaxşı görünmək üçün davamlı onların tərzini təqlid etdiklərini də etiraf ediblər.
ANN.Az