Qoç - peşəkar fəaliyyətinizdə maksimum dərəcədə
ehtiyatlı olun. Yüksək sosial statusa malik insanlarla ünsiyyət zamanı
sayıq davranın. Dostlar və tərəfdaşlarla münasibətlərə fikir verin.
Yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə tamaslarda qarşılıqlı
rəğbətlə yanaşı, qeyri-sağlam rəqabət də var.
Şübhələr,
gələcəyə inamsızlıq şəxsi münasibətlərdə problemlər yarada bilər.
Emosional dəstəyə ehtiyacınız var. Tənqidlər və iradlar az olmayacaq.
Buğa
- kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün əlverişli
gündür. İşgüzar duyumunuz kəskin olsun. Qəbul etdiyiniz qərarlar və
atdığınız addımların yanlış olmamasına çalışın. Gəlirlərin həcmi
gözləntilərdən bir qədər artıq ola bilər. Müttəfiq və ya tərəfdaşla
fikir ayrılıqları əsəbləri tarıma çəkəcək. Gələcəklə bağlı planlar
mübahisələr yaradır.
Durumun çətinliyinə rəğmən, soyuqqanlı olun. Sakit və təmkinli davranın.
Yeni formalaşan münasibətlər harmonik olacaq, pozitiv emosiyalar bəxş edəcək.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər
- günün ilk yarısında çox çalışmalı olacaqsınız. Bol, məhsuldar, şövqlü
əməyə nail olun. Diqqət tələb edən işlər, gerçəkdən də, maraqlıdır. Ona
görə də həmin işlərin öhdəsindən gəlməyə çalışın. Xeyli maraqlı
məlumatlar əldə edəcək, faydalı tanışlıqlara nail olacaqsınız.
Maliyyə fonu əlverişlidir. Yaxşı gəlir əldə edə bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Romantik tanışlıqlar, yeni macəralar və güclü hisslər zamanıdır.
Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək.
Xərçəng
- gün müstəsna uğurlar və ya sürətli irəliləyiş vəd etmir. Xoş
hadisələrlə müqayisədə təlaş və narahatlıq daha çoxdur. İşdə vəziyyət
gərginləşəcək. Həmkarlarınızla və rəhbərliklə mübahisələr etməyin. Yeni
işə, layihəyə başlamaq məsləhət deyil. Mənfi təmayüllərinizin əhvalınıza
təsiri ciddi olsa da, ruhdan düşməyin, soyuqqanlı davranın.
Sevdiyiniz
insanla dartışmalara yol verməyin. Münaqişəyə səbəbkar olmayın. Axşam
saatlarında gəzinti, aktiv istirahət məsləhətdir. Nikbin olun, pis
fikirlərə uymayın.
Şir -
rəqiblərlə mübarizini intensivləşdirmək əvəzinə müttəfiq və
tərəfdaşların axtarışı ilə məşğulş olsanız, peşəkar fəaliyyət
müstəvisndə uğur qazanacaqsınız. Sonradan möhkəm və uzunmüddətli olacaq
ittifaq yarana bilər. Birgə layihəyə başlaya bilərsiniz. Həmin layihə
gəlir gətirəcək. Yeni işdə fəaliyyətə başlayanda diqqətli olun.
Günün
ikinci yarısı yeni romantik münasibətlər üçün əlverişli zamandır. Ciddi
problemi tərəfdaşınızla birlikdə həll edə bilərsiniz. Təşəbbüskar olun.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında yorğunluq və
səhhətdə problemlər hiss etməyəcəksiniz.
Qız
- peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar, ciddi problemlər yaşana
bilər. Mənfi təmayüllərin təsiri günün ikinci yarısına yaxın daha da
artacaq. Həmin zamanda mühüm heç nəyə başlamayın. İndiyədək
münasibətlərinizin əla olduğu insanlar sizi kəskin və sərt tənqid edir,
əvvəlki səhvləri xatırladırlar. Onlar sanki münasibətləri korlamaq üçün
əllərindən gələni edirlər.
Günün ikinci yarısında soyuqqanlı
və təmkinli qalmaq üçün səy göstərin. Emosiyaların əsiri olmayın.
Başqalarının qalmaqal salacağı yerdə siz konstruktiv dialoq aparın. Belə
davranışınızı görəcək və dəyərləndirəcəklər. Amma dəyərləndirmə bir
qədər gec olacaq.
Tərəzi -
maliyyə məsələlərinin həlli, kommersiya fəaliyyəti üçün yaxşı gün deyil.
Əvvəlcədən nəzərdə tutmayıbsınızsa, alış-veriş etməyin. İstənilən
layihəni etibarlı, sınanmış tərəfdaşların dəstəyi ilə həyata keçirin.
Yeni tanışlarla tərəfdaşlığa başlamaq üçün münasib gün deyil.
Günün
ikinci yarısında emosional fon əlverişlidir. Sakit olun və bu minvalla
çoxsaylı, mənasız təlaşlardan, nigaranlıqlardan qurtulun. Sevdiyiniz
insanlarla dil tapın.
Axşam saatlarını sevdiyiniz insanlarla keçirin. İstənilən formada yaradıcılıq fəaliyyəti məhsuldar olacaq.
Əqrəb
- gələcəklə bağlı planları təhlil edin. Qarşınıza yeni məqsədlər qoyun.
İşgüzar tərəfdaşlıqla bağlı nüansların müzakirəsi, yeni layihələrin
dəyərləndirilməsi üçün münasib zamandır. Mürəkkəb, qarışıq işləri təxirə
salın. Belə məsələlərlə sonrakı günlərdə məşğul olmalısınız.
Axşam saatlarında normal istirahət edin, yaxınlarınızla təmaslarda olun. Romantik görüş pis keçməyəcək.
Oxatan
- yaxın vaxtlarda gəlir gətirəcək işlərlə məşğul olmağa başlayın.
Uzunmüddətli layihələrin reallaşdırılmasında problemlər yarana bilər.
İşgüzar
danışıqlarda konstruktiv mövqe tutsanız, nəticə yaxşı olacaq. Emosional
davranmayın. Sizə xoş olmayan insanlarla ünsiyyət qurmaq
məcburiyyətində qalacaqsınız.
Ailədə fikir ayrılıqları və
ixtilaf yarana bilər. Bəzi işlər əhvalınızı pozacaq, seçdiyiniz davranış
modeli ilə bağlı tərəddüdlər yarana bilər. Yaşam potensialının
səviyyəsi aşağı düşəcək.
Ağır fiziki iş görməyin. Kiçik travmalar və yaralar riski var.
Oğlaq
- qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyiş asan deyil. Qətiyyətli
və iradəli olun, hədəflərə nail olun. Müttəfiqlərlə tərəfdaşların
seçimində kobud yanlışlıqlara yol verməyin. Kimə etibar etməli, kimdən
də uzaq durmalı olduğunuzu anlayın. Yerinə yetirə bilməyəcəyiniz vədlər
verməyin. Gördüyünüz işin sonucunu sabah hiss edəcəksiniz.
Bütün
diqqəti öz işlərinizin görülməsinə, problemlərinizin həllinə
yönələdərək ətrafı görməzdən gəlməyin. Belə darvanışınız inciklik və
iradlara səbəb ola bilər.
Yardım edin, qayğıkeş olun.
Dolça
- planları həyata keçirmək çətindir. Amma nəzərdə tutmadığınız işlərdə
uğurlara nail olacaqsınız. İmprovizə etməyə hazır olun. Ətrafınızda
sürətlə yaşanan dəyişikliklərə maksimal dəqiq reaksiya verin. İşlə və ya
sizin üçün önəmli kommersiya məsələləri ilə bağlı xəbərlər ala
bilərsiniz.
Qeyri-formal ünsiyyət üçün əlverişli zamandır.
Axşam saatlarında dostlarla görüşmək, qonaq qəbul etmək olar.
Alış-verişdə bədxərclik etməyin. Açıq havada istirahət edin.
Balıqlar
- mühüm, ekstraordinar hadisənin baş verməyəcəyi gündür. Çoxdan
gözlədiyiniz olay yaşana bilər. Yaxın ətrafınızdakı insanların
danışıqlarına qulaq asın, müzakirə etdiyi məsələlərdən hali olmağa
çalışın. Bilik, informasiya və məlumatların artırılması, təcrübənin
zənginləşdirilməsi üçün münasib zamandır.
Ailədəki kiçik
problemlər, evdəki anlaşılmazlıqlar əhvalınızı korlamasın. Çətinliklərin
öhdəsindən ifrat səy göstərmədən, sürətlə gəlməyə çalışın. Mühüm
saydığınız məqamları yaxınlarınızla müzakirə edin. Hamını təmin edəcək
qərar qəbul etmək olar.
Milli.Az