“28 Cinema” Türkiyədə böyük maraqla gözlənilən filmin nümayişinə start verib
23.7.2014

Hər zaman ən son və gözlənilən filmləri nümayiş etdirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” təbii meyvə şirələri olan “Plus More” şirkətinin sponsorluğu ilə böyük maraqla gözlənilən filmin nümayişinə start verib.

Kinoteatr Türkiyənin ən yaxşı filmlərini nümayiş etdirmək ənənəsinə sadiq qalaraq, iyul ayının 17-dən etibarən “Kendime iyi bak” filmini nümayiş etdirir.

Film bir müddətdir birlikdə olan və evlilik qərarı verən gənc bir cütlük haqqındadır. Artıq Yeşim və Əmrənin toylarına bir həftə qalıb və son hazırlıqlar davam etməkdədir. Əmrə dəvətnamələrini vermək üçün yoldaşları ilə görüşür və bu görüşə köhnə sevgilisi Begüm də gəlir. Həmin görüş Emrənin Yeşimlə olan əlaqəsinə təsir edir. Əmrə indi toyuna bir həftə qalmış iki qadın arasında sıxışıb qalıb.

Film Türkiyə istehsalıdır. Filmin rejissoru Serhan Arslan, Ruhi Yapıcı, rollarda isə Aslı Tandoğan, Begüm Birgören və Çağdaş Onur Öztürk kimi məşhur türk aktyorları çəkilib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.


www.oxu.az