Bakının Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlama işləri görülür.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, uzunluğu 86, eni 3,5, hündürlüyü 6,5 metr olan keçid 3 giriş-çıxışdan ibarətdir.
Piyadaların rahatlığını təmin etmək məqsədilə keçidin giriş-çıxışlarında eskalatorlar, müasir işıqlandırma sistemi, müşahidə kameraları quraşdırılıb.
Hazırda keçidin döşəmə hissəsinin xüsusi qranitlə üzlənməsi və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir. Keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Gün.Az