Londonda ərəb dilində nəşr olunan “Əl-Hasad” jurnalında “Azərbaycan bu gün” başlıqlı məqalə dərc olunub.
Məqalədə 1918-1920-ci illərdə müsəlman şərqində ilk Respublika olan Azərbaycan Demokratik Respublikasının yaranması, SSRİ dövründə Azərbaycan, 1991-ci ildə ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən bəhs olunub.
Həmçinin, məqalədə müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkənin inkişafı və dünyada tanınması istiqamətində apardığı siyasət, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında xidmətləri, Azərbaycanın xarici ölkələrə qoyduğu investisiyalar və müstəqil siyasi inkişafı barədə geniş məlumatlar öz əksini tapıb.
Gün.Az