Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun
xanımı Sare Davudoğlu ilə görüşüb.
APA-nın xəbərinə görə, qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun
olduğunu bildirən Mehriban Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün
önəmini vurğulayıb.
Azərbaycana ilk dəfə gəldiyini bildirən Sare Davudoğlu Bakıda keçirilən
“Yeni minillikdə çağdaş dünyamızın müqəddəs vəzifəsi olaraq analığın
qorunması” toplantısında iştirak etdiyini bildirib. Sare Davudoğlu bu
toplantının qadın xəstəlikləri ilə mübarizə sahəsindəki önəmini diqqətə
çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüş çərçivəsində “Türk
Dünyası Sənətçilər və Yazarlar Vakfı”nın təsis etdiyi “Türk Dünyasına
xidmət” mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım
Mehriban Əliyevaya təqdim edib.
APA