Martın 12-də “Bakı, mən səni sevirəm” kinolayihəsinin çəkilişlərinə start verilib. Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın verdiyi məlumata görə,
filmə daxil olan ilk novellani layihənin prodüserlərindən biri,
Rusiyanın məşhur kinorejissoru Yeqor Kançalovski çəkir.
Qeyd edək ki, “Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihənin prodüserləri
Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. “Bakı, mən səni
sevirəm” layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9
dəqiqədir.
Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov,
Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir
Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor
(İngiltərə), Andre Badalo (İtaliya), ssenaristləri isə Nadir Maçanov,
Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və
Aleksandr Novotoskidir (Rusiya).