Qoç - kiçik işlərdə uğur əldə edəcəksiniz.
Əhəmiyyətli və mühüm işlərdə diqqətli olun, sayıq davranın.
Genişmiqyaslı, vacib məsələlərlə bağlı qərar qəbul etmək üçün əlverişli
zaman deyil.
Prinsipial məsələlərin müzakirəsini ertələyin.
Gəlirlər olacaq, amma onların məbləği böyük deyil.
Günün
ikinci yarısında yeni tanışlarla münasibətlər gərgin olacaq. Formal
təmaslarda olduğunuz insanlarla diqqətli davranın. Yaxınlarınızla
ixtilaflar yaratmayın. Onların sizə iradları var.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarada bilər.
Buğa
- müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeni işgüzar
maraqlar yaranır. Planlarınızı həyata keçirməkdə sizə yardım edə biləcək
insanlarla qarşılaşacaqsınız. Tələskənliyə yol verməyin, aramla
davranın. Düşünülməmiş qərarlar sonradan fəsadlarının aradan
qaldırılmasına xeyli vaxt gərəkəcək səhvlərə səbəb ola bilər.
Şəxsi
münasibətlərdə yaxşı gündür. Dəyər verdiyiniz insanlarla təmaslarda
həssas davranın. Sizdən küsmüş yaxınınızla barışmıq, kəsilmiş əlaqələri
bərpa etmək imkanları var.
Əkizlər -
müsbət təmayüllərin təsiri güclənir. Praktiki olaraq bütün işlərdə uğur
əldə edə bilərsiniz. Peşəkar fəaliyyətdə yeni üfüqlərlə
qarşılaşacaqsınız. İş yerinin dəyişdirilməsi, yeni tərəfdaşlarla sərfəli
əməkdaşlıq məsələlərini müzakirə etmək olar. Maliyyə fonu uğurludur.
Şəxsi
münasibətlərdə problemlər yaratmayın. Çoxdankı planlarınızı və
ideyalarınızı reallaşdırmaq imkanları yaranır. Təşəbbüskar olun.
Hisslərinizi etiraf edin, sevdiyiniz insanla açıq danışın.
Xərçəng -
balşadığınız işləri yarımçıq qoymayın, bitirin. Bəzi layihələri,
sadəcə, əla yerinə yetirə bilərsiniz. Maraqlı yox, zəruri işlərlə məşğul
olun. Özünüzü nəyəsə məcbur etməyin. Bir zamanlar məhsuldar əməkdaşlıq
və ya tərəfdaşlıq etdiyiniz insanlar yenidən sizinlə əlaqə
saxlayacaqlar. Səylərinizi birləşdirsəniz, əhəmiyyətli nəticələrə nail
olacaqsınız.
Günün ikinci yarısında kiçik problemlər və
anlaşılmazlıqlar əhvalınızı korlayacaq. Hansısa iş plan üzrə getməsə,
təmkininizi pozmayın. Yaxınlarınız narazılığınızı sezəcəklər.
Münasibətləri aydınlaşdırmağa çalışsanız, situasiyanı daha da
ağırlaşdıracaqsınız.
Şir -
günün ilk yarısında ehtiyatlı olun. Çətin, müşkül işlərə başlamayın.
Mürəkkəb layihənin həyata keçirilməsi və ya önəmli maliyyə məsələlərinin
çözülməsi cəhdləri yersizdir. Maliyyə itkilərinə məruz qalmamaq üçün
sayıq davranın.
Günün ikinci yarısı yetərincə sakit olacaq.
Pozitiv təmayüllərin təsiri artır. Yaxınlarızın sizi anlamasına və
dəstək verməsinə ümid edə bilərsiniz. Dəvət aldığınız tədbirlərə
qatılın.
Axşam saatlarında evdən kənarda istirahət etməyə səy göstərin.
Qız
- çox iş planlaşdırıbsınızsa, vəziyyət çətin olacaq. Hətta ən asan,
rutin işlər belə gözlənildiyindən çox vaxt alacaq. Görüşməli olduğunuz
insanlar gecikirlər. Sizin də punktual olmağımız asan deyil.
Situasiya sizi əsəbiləşdirməsin. Sinirli davranmayın. Qarşınıza qoyduğunuz məqsədə gec də olsa, çatacaqsınız.
Günün
ikinci yarısında qıcıq səviyyəsi artacaq. Özünüzün və yaxınlarınızın
əhvalını korlamayın. Səbirsizliklə gözlədiyiniz görüş sizi
təəssüfləndirəcək. Əslində ciddi heç nə baş verməyib. Romantik görüş
planlaşdırmayın.
Tərəzi - bu
gün məqsədə asanlıqla çataraq rahat uğurlara nail ola biləcəyinizi
düşünməyin. Səylə çalışaraq zəhmət çəksəniz, niyyətinizi reallaşdıra
biləcəksiniz. Karyera irəliləyişinzə yardım edərək gəlirlərinizi artıra
biləcək insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Günün
ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Şəxsi
münasibətlərdə rəvan zamandır. Yaxşı və əhəmiyyətli dəyişikliklər
olacaq. İntuisiyanıza güvənin. Təhtəlşüurun səsi sizi aldatmayacaq.
İmiclə eksperimentlər, obrazı dəyişmək üçün pis gün deyil.
Əqrəb
- günün ilk yarısındakı problemlər, çətinliklər sizi ruhdan salmasın.
Vurnuxmaya, tələskənliyə yol verməyin. İşlərdə nizam, qayda yaradaraq
situasiyanı nəzarət altına alın. Karyeranızın inkişafının asılı olduğu
insanlarla ünsiyyətdə ehtiyatlı olun. Düşünülməmiş deyilən kəlmələr
ciddi problemlər yarada bilər.
Maliyyə problemlərini günün ikinci yarısında həll edə biləcəksiniz.
Şəxsi
münasibətlər müstəvisində harmoniya yaradın. Yaxınlarınıza yardım edin.
Ailə üzvlərinin qayğısına qalın. Yeni tanışlıqlar istisna deyil.
Onlardan birinin romantik davamı ola bilər.
Oxatan
- aktual və həllini təcili tələb edən problemlərin həlli üçün günün ilk
yarısı münasibdir. İşgüzar aktivliyiniz yüksək olmalıdır. Kimsə və ya
nə isə sizə diqqətlə, əzmlə çalışmağa mane olmamalıdır. Zaman sizə
qarşıdır və bu səbəbdən də vaxtınızdan normal istifadə edin.
Günün ikinci yarısında yaxşı xəbərlər alacaqsınız.
Son
vaxtlar darıxdığınız insanla görüş istisna deyil. Yaxınlarınızla
münasibətlərdəki bəlli ziddiyyətləri dəf edin, normal ünsiyyət yaradın.
Axşam saatlarnında aktiv istirahətə üstünlük verin.
Oğlaq
- çətinliklər və problemlər istisna deyil. Onları dəf etmək çətin
deyil. Üstəlik, yardım üçün müraciət edəcəyiniz insanlar sözlərini
qulaqardına vurmayacaqlar. Şübhələnməyin, təlaşa qapılmayın. Aktiv
fəaliyyətə başlayın. Alış-veriş, ciddi sərmayə ilə bağlı qərarlar qəbul
etmək üçün əlverişli zamandır.
Münasibətlərinizi
aktivləşdirmək istədiyiniz insanla danışıqlarda konstruktriv mövqe
tutun. Xoş srüprizlər, yaxınlarınızdan qəfil hədiyyələr istisna deyil.
Sevdiyiniz insanı, ailə üzvlərini sevindirməyi unutmayın.
Dolça
- bu gün nə qədər az risk etsəniz, bir o qədər yaxşıdır. Məqsədə doğru
avantüralı yollar aramaqdansa, sınanmış vasitələrdən və metodlardan
istifadə edin. İstənilən formada çətinlik yaransa dostlara və ya
qohumlara müraciət etmək olar. Onlar sizə yardım etməyə hazırdırlar.
Səfərlər
və romantik görüşlər üçün əlverişli zamandır. Şəratin dəyişdirilməsi
əhvalınızı yaxşılaşdıracaq. Yeni ideyalar peyda olacaq. Planları
sevdiyiniz insanla birlikdə həyata keçirə bilərsiniz.
Daşınmaz əmlak, köçə hazırlıqla bağlı məsələlərin müzakirəsi və həlli üçün münasib zamandır.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar
- çox xoş, rahat gündür. İşlərinizdə uğurlara nail olacaqsınız. Dürüst
qərarları sürətlə, vaxtında qəbul edin. Rəqibləriniz sizə paxıllıq edir,
məkrli planlar qururlar. Onlar sizə zərbə vurmağa çalışsalar da,
alınmayacaq. Maraqlı işgüzar təklif ala bilərsiniz.
Yaxınlarınıza
istədiyiniz qədər vaxt sərf edə bilməyəcəksiniz. Buna rəğmən sizdən
inciməyəcəklər. Ailə üzvlərinin qayğıya, diqqətə və dəstəyə ehtiyacı
var.
Milli.Az