Məşhur müğənni-bəstəkar Emin Ağalarov Yurmalada keçirilən “Yeni dalğa” müsabiqəsinin açılış mərasimdə iştirak edib.
Emin öz İnstagram səhifəsində həmin mərasimdən fotolar paylaşıb.
Bildirək ki, Emin daha öncə bildirib ki, Bakıda çəkdirdiyi “Naçistatu” (“Açıq”) adlı klipini də məhz “Yeni dalğa”da təqdim edəcək.
Yarışma iyulun 22-dən 27-nə kimi davam edəcək.
Bu il müsabiqənin iştirakçıları arasında Azərbaycandan təmsilçi olmayacaq. Hər il keçirilən yarışmada bu günə qədər Azərbaycanı müğənni Çingiz Mustafayev və Aynişan Quliyeva təmsil edib.


Gün.Az