Xarkovdakı Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti təkcə iki ölkə arasında münasibətlərin inkişafında deyil, bu diyarın ictimai və mədəni həyatında da fəal iştirak edir.
Xarkov Vilayəti 7-ci Çağırış Şurasının 7-ci sessiyasının qərarı ilə Xarkov vilayətinin inkişafına verdiyi töhfəyə, vilayətin nüfuzunu beynəlxalq səviyyədə yüksəltdiyinə görə Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti idarə heyətinin üzvü, Xarkov İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Ukraynanın Xalq Rəssamı Seyfəddin Əli oğlu Qurbanova “Xarkov vilayətinin fəxri vətəndaşı” adı verilmişdir.