Martın 15-dən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, qeyri-sabit
hava şəraiti martın 18-dək davam edəcək: “Həmin müddət ərzində havanın
fasilələrlə yağıntılı olacaq, bəzi rayonlarda sulu qar, qar yağacaq.
Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək”.
U. Tağıyeva deyib ki, martın 16-da Bakıda və Abşeron yarımadasında gecə
saatlarında temperatur 0 dərəcəyə yaxın, ayın 16-da və 17-də gündüz
saatlarında 1-4 dərəcədən yüksək olmayacaq. Ayın 15-dən başlayaraq şimal
qərb küləyinin güclənəcəyi gözlənilir: “Bakı və Abşeron yarımadasında
martın 15-i axşam və 16-da yağıntının sulu qara keçəcəyi
proqnozlaşdırılır”.
APA