Martın 30-dan etibarən Rusiyanın «İrAero» aviaşirkəti Omsk-Bakı marşrutu
üzrə birbaşa sərnişin aviareysini açacaq. Bu barədə aviaşirkətin
yaydığı rəsmi məlumatda bildirilir.
Şirkət sözügedən aviareysin yerinə yetirilməsi üçün İrkutsk vilayəti və
Rusiyanın digər regionlarından olan və Bakıdan digər şəhərlərə tranzit
uçan sərnişinlər üçün rahat vaxt seçəcək. Omsk-Bakı-Omsk aviareysi
Kanada istehsalı olan «Bombardier CRJ200» təyyarəsi ilə yerinə
yetiriləcək: «Hazırda Omskdan Bakıya və əks istiqamətdə heç bir
aviaşirkət uçuş yerinə yetirmir. İlkin olaraq iki şəhər arasında uçuşlar
həftədə bir dəfə, daha sonra isə həftədə iki dəfə həyata keçiriləcək».
Qeyd edək ki, 2009-cu ilin dekabr ayında Rusiyanın «Yamal» aviaşirkəti
Omsk-Bakı-Omsk marşrutu üzrə sərnişin aviareyslərini istifadəyə
vermişdir. Sonradan sözügedən aviareys üzrə uçuşlar dayandırılıb.
APA