Ötən həftə sonu “Kainat gözəli” təşkilatının prezidenti Paula M.Şuqart, vitse-prezident Şon Makkleyn, istedadların inkişafı üzrə direktor Ester Svon və hazırkı “Kainat gözəli -2013” Qabriela İsler Bakıya gəlib.
Tanınmış qonaqlar səfər çərçivəsində ilk növbədə Heydər Əliyev Mərkəzini ziyarət ediblər, orada ümummilli liderə həsr olunmuş eksponatlarla tanış olublar.
Onların ekskursiya proqramına İçərişəhərdə gəzinti, “Sea Breeze Resort & Residences” və “Sumakh” dəbli milli mətbəx restoranına getmək daxil olub.
Səfər zamanı Bakıda hər il beynəlxalq gözəllik müsabiqəsinin keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparılıb.
“Kainat gözəli” (ing. Miss Universe) dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biri hesab olunur.
Müsabiqə 2013-cü ildə Moskvada “Crocus City Hall”da keçirilib və gözəl fəxri titulunu venesuelalı model Mariya Qabriela İsler qazanıb.
Gün.Az