Qoç - təxəyyül və yaradıcı yanaşma tələb edən
işlərdə uğur əldə edə bilərsiniz. Rutin və cari işlərin yerinə
yetirilməsinə aktiv olun. Sürətlə yerinə yetirilməsi mümkün olmayan
işlərə başlamayın. Bu gün vədlər verməyin, boynunuza öhdəliklər
götürməyin. Vədləri yerinə yetirmək hiss etdiyinizdən də çətindir.
Şəxsi
münasibətlərin gələcək perspektivləri barədə düşünün. Ehtimal edilən
yenilikləri müzakirə edin. Yaxın ətrafınızdakı insanların qayğısına
qalın.
Ən ağır problemlərin həlli mümkünür. Bədbin olmayın, ruhdan düşməyin.
Buğa
- şəxsi münasibətlər üçün əlverişli gündür. Yaxın ətrafınızdakı
insanları anlamağa, onları düşündürən məsələlərdən hali olmağa çalışın.
Yeni tanış olduğunuz şəxslərlə rəvan münasibətlər qurun. Fərqli görüşlər
olacaq və onlardan biri həyatınızda önəmli rol oynayacaq.
Günün
ikinci yarısının enerji potensialı yüksəkdir. Yeni təəssüratlar,
hisslər istəyirsiniz. Təşəbbüslər üçün münasib zamandır. Uzun müddətdən
bəri başlamağa cürət etmədiyiniz layihəni reallaşdırın.
Əkizlər
- günün ilk yarısı ünsiyyət, ailədəki problemin həlli, danışıqlar və
yeni işin, sifarişin müzakirəsi üçün əlverişlidir. Əhvalınız yaxşıdır.
Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla bölüşməyə paxıllıq
etməyin. Əyləncə və istirahət fikirlərini unudun.
Günün
ikinci yarısı yeni problemlər vəd edir. Emosional fon dəyişir.
Əsəbiləşməyin, təlaşa qapılmayın. Xırda və mənasız məsələlər sizi təbdən
çıxarmasın. Etibar etdiyiniz insanın dəstəyi xüsüsi aktuallıq kəsb
edir.
Sevdiyiniz insanla danışın. Onun sizə deməyə sözü var.
Xərçəng
- gün uğurlu başlanacaq. Səhər saatlarından etibarən məhsuldar çalışın,
qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Hədəf və
niyyətlərə varmaq ilk baxışdan çətin təsir bağışlasa da, durmayın,
irəliləyin.
Bütün işləri təkbaşına, müstəqil görməyə lüzum
olmadığını anlamağa çalışın. Yardım və ya dəstək arayırsınızsa, sözünüzü
yerə salmayacaq insana müraciət edin.
Günün ikinci yarısında
əhvalınız pisləşə bilər. Ciddi səylər tələb edən işlər planlaşdırmayın.
Axşam saatlarında bir qədər istirahət edin. Rəğbət bəslədiyiniz
insanlarla görüşün, aktual məsələləri müzakirə edin.
Şir -
yaradıcılıq üçün yeni imkanlar yaranır. Gündəlik məsələlərin həllinə
məsuliyyətlə yanaşın. Soyuqqanlı və təmkinli davransanız, rəqiblərlə
müqayisədə daha çox iş görə bilərsiniz. Problemlərin həllinə yaradıcı
yanaşın.
Dəvət aldığınız tədbirlərə qatılmağı unutmayın.
Günün
ikinci yarısında yeni müttəfiq, həmfikir və ya dost qazana bilərsiniz.
Səmimi olun, yalandan uzaq durun. İmiclə eksperimentlər etmək olar.
Rəğbət bəslədiyiniz insanla təmaslarda diqqətli davranın.
Qız
- gün uğursuz başlasa da, saatlar keçdikcə işlərin məcrasında
dəyişikliklər olacaq. Günün ikinci yarısına doğru isə yeniliklər və
dəyişikliklərin intensivliyi artacaq. Ətrafınızda baş verən olaylara
sərt müdaxilə etmədən məqsədə doğru irəliləməyə üstünlük verin. Yeni
sifarişin alınması, təklifin səslənməsi istisna deyil.
Günün
ikinci yarısında mürəkkəb işlə məşğul olmaq, qarışıq situasiyanı çözmək
olar. Prosesləri təhlil etsəniz, olayların əsl səbəblərini və real
məcrasını görə biləcəksiniz. Bəzi hadisələrin izləri ötənlərdə
yaşananlara aparır.
Tərəzi - çoxdan
bəri planlaşdırdığınız işə başlamaq zamanıdır. Qətiyyətli olun, iradəli
davranın. Yanınızdakı insanlardan birinə etibar edə bilərsiniz. Mühüm
məlumatın və ya önəmli informasiyanın alınması istisna deyil. Yaxın
perspektivdə yaşamınızda dəyişikliklərə səbəb olacaq hadisə ola bilər.
Günün
ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Yorğunluq
hiss etmirsiniz. Axşam saatlarında aktiv istirahəti seçin.
Yeni hədəfləri müəyyənləşdirə bilərsiniz.
Əqrəb
- ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Dəyər verdiyiniz
insanlarla münasibətləri sərtləşdirməyin, ünsiyyətdə problemlər
yaratmayın. Bəzi adamların sözləri və ya əməlləri sizdə qıcıq yaratsa
da, sərt danışmayın. Rəqiblərlə bədxahların sayını artırmayın.
Günün
ikinci yarısında yaşamın bir sıra sahələrinə maraq artacaq. İndiyədək
laqeyd qaldığınız məqamlardan biri indi ön plana çıxır. Alış-verişdə
bədxərclik etməyin. Dəvət aldığınız yerdə xeyli pozitiv emosiyalar ala
bilərsiniz.
Oxatan - məqsədə doğru
aparan yolda sizin yeganə düşməniniz süstlük və ya tənbəllik olacaq.
Aktiv olun, enerjili çalışın. İşsiz oturmayın, bədbinliyə qapılmayın.
Yaxınlarınız yardım üçün müraciət etsələr, onların sözlərini yerə
salmayın. Səmimi və qayğıkeş davransanız belə, əməlləriniz
unudulmayacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə
təşəbbüskar olun. Situasiyanı əhəmiyyətli şəkildə dəyişmək üçün şansı
əldən verməyin. Yaxın ətrafınızdakı insanlar sizə gözlənilən miqyasda və
həcmdə dəstək verə bilməyəcəklər.
Oğlaq
- günün ilk yarısında yaxın ətrafınızdakı insanlara üstünlüyünüzü
göstərməyə çalışmayın. Nəyi nə zaman etməyin gərəkdiyini anlamağa
çalışın. Mövqelərinizdən geri çəkilməyin. Haqlısınızsa, nahaqqın
qələbəsinə imkan verməyin. Fikir və mövqelərinizi mümkün qədər ustalıqla
söyləyin. Belədə dediklərinizə qulaq asacaqlar.
Günün ikinci
yarısında pozitiv təmayüllərin təsiri güclənəcək. Əhvalınız
yaxşılaşacaq. Mürəkkəb işləri başa vurun, mühüm görüşü unutmayın.
Alış-veriş üçün münasib zamandır. Mebel və ya interyer predmetləri almaq
olar.
Dolça - istənilən
formada kommersiya fəaliyyəti üçün uğurlu zamandır. Gərəksiz əşyalar və
mənasız hisslərdən qurtulmağa çalışın. Layihə və ya işinizlə maraqlanan
insanla təmasları aktivləşdirin. Yeni işgüzar tərəfdaşlıqla bağlı
danışıqlar aparın. Gəlir mənbələrinin sayını artırın.
Şəxsi
münasibətlərdə hər şey o qədər də yaxşı deyil. Yaxınlarınızın
hərəkətlərinin motivlərini anlamağa səy göstərin. Açıq söhbətlər
situasiyanın məcrasını aydınlaşdırmayacaq. Narahat olmayın, ciddi
problemlər yaranmayacaq. Təlaş üçün səbəb yoxdur.
Balıqlar
- yeni münasibətlərə başlamaq üçün əlverişli zamandır. Təmaslar və
ünsiyyətdə aktiv olun. Danışıqlar apardığınız şəxs səmimiliyinə şübhə
etməməlidir.
Nöqsanlarınızı pərdələməyin, hisslərinizdə qeyri-səmimi davranmayın. Sadəcə, özünüz olun. Belədə hər şey yaxşı olacaq.
Günün
ikinci yarısında məqsədə çatmaq üçün fəal olun, məhsuldar çalışmağa can
atın. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun.
Sevdiyiniz insanla münasibətlərinizdəki kiçik problemi aradan qaldırın.
Axşam saatları böhrandan çıxış zamanıdır.
Milli.Az