Aprelin 1-dən oktyabrın 31-nə qədər Azərbaycan, Rusiya, Ukrayna və
Qazaxıstan vətəndaşları Xorvatiyaya vizasız gedib-gələ bilər.
Bu ölkə vətəndaşları üçün vizasız gediş-gəlişin tətbiqi Xorvatiyada
turizmin inkişafı və ölkəyə daha çox turist cəlb etmək məqsədi daşıyır.
Qeyd edək ki, viza rejiminin bu cür sadələşdirilməsi sonuncu dəfə tətbiq
ediləcək. Çünki 2013-cü il iyulun 1-dən Xorvatiya Avropa Birliyinə üzv
olacaq.
APA