Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək.
Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.
Balet ilk dəfə 1952-ci ildə Qara Qarayev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilib.
www.oxu.az