Qusarda yerləşən “Şahdağ” Qış–Yay Turizm Kompleksində “Açıq qapı” günü keçiriləcək. Iyulun 25-də istirahət mərkəzinə gələn bütün turistlər gün ərzində 12 növ müxtəlif əyləncə və idman oyunlarından pulsuz yararlanmaq imkanı qazanacaqlar.
Kompleksə gələnlər dağ səyahətləri, uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzinti, dağda seqvey ilə gəzinti, peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.
“Açıq qapı” gününün keçirilməsinin məqsədi turistləri “Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümündə təklif edilən istirahət və əyləncə növləri ilə tanış etmək, mərkəzin imkanlarını göstərməkdən ibarətdir.
“Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.
Video
AzərTAc