Qoç - çox əlverişli, sakit gündür. Qətiyyət və
iradə ilə davransanız, məqsədlərə nail ola bilərsiniz. İntuisiyanıza
güvənin. İşgüzar təmaslarda və şəxsi münasibətlərdə sərvaxt davranın.
Qərarların qəbulunda müstəqil olun. Məsuliyyəti boynunuza götürməkdən
qorxmayın.
Günün ikinci yarısında emosional fon əlverişlidir.
Əhvalınız pis deyil. Xırda məsələlərə və kiçik detallara, sadəcə, fikir
verməyin. Yaxşı perspektivlər vəd edən tanışlıqlar istisna deyil.
Sizdə xoş hisslər yaradacaq insanlarla qarşılaşacaqsınız.
Buğa
- mövqeyinizi müdafiə edin, maraqlarınızı qoruyun. Geri çəkilsəniz,
problemlərlə üzləşəcəksiniz. Rəqib sizdən güclü, imkanlı və ya nüfuzlu
olsa belə, mübarizəyə başlamaqdan çəkinməyin. İlkin problemlər sizi
qorxutmasa, qələbə sizin olacaq.
Yaxınlarınızla ünsiyyət,
vacib saydığınız məsələlərin müzakirəsi üçün yaxşı gündür.
Planlaşdırılmamış səfər xeyir verə bilər. Yollandığınız məkanda praqmat
olun.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər
- uzun zamandan bəri sizi narahat edən problemi həll etmək olar. Amma
çözüm prosesi başa çatmamış yeni problemlər yaranacaq. Təslim olmayın.
Həll variantlarını tapmaq asan olmasa da, çətinliklərin öhdəsindən
gəlin. Birmənalı olmayan situasiyalarda, ağır vəziyyətlərdə məntiqlə
davranın. İntuisiyaya bel bağlamayın.
Dəyər verdiyiniz
insanlarla ünsiyyətdə günün ikinci yarısında problemlər yarana bilər.
Ünsiyyətdəki çətinlikləri aradan qaldırmağa çalışın. İşgüzar
tərəfdaşınızın astagəlliyi maliyyə itkilərinə səbəb ola bilər.
alış-verişdə bədxərclik etməyin.
Xərçəng
- uzunmüddətli fəaliyyət planı hazırlamaq üçün əlverişli zamandır.
Qarşınıza qoyduğunuz məqsədləri konkretləşdirin. Hədəfləri dəyişmək də
olar. Yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə tələsməyin. Önəm
verdiyiniz, dəyərli saydığınız nəsnələri itirməməyə çalışın. Maliyyə
məsələlərində diqqətli olun. Alış-verişdə bədxərclik etməyin. Kredit
götürmək fikrindən vaz keçin.
Günün ikinci yarısında yaşam
potensialının səviyyəsi aşağı düşəcək. İfrat yorğunluğa imkan verməyin.
Ağır fiziki işlə məşğul olmayın.
Rasiona yenidən nəzər salın. Zərərli məhsul və təamlardan müvəqqəti də olsa, imtina edin.
Şir
- qarışıq, laübəli, gərgin gündür. Lakin ümidsiz olmayın.
İntuisiyanızın səsini dinləyin. Təhtəlşüurun sayəsində kobud səhvlərdən
qurtularaq çoxdan bəri can atdığınız nəticələrə nail ola bilərsiniz.
Yaxın ətrafınızdakı insanların çoxsaylı məsləhətlərini qulaqardına
vurun. Bu adamlar əslində nə istədiklərini belə, bilmirlər.
Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Yeni
işlərə başlamaq olar. Amma ehtiyatlı olun, tələskənliyə yol verməyin.
Maliyyə məsələlərində xüsusilə sərvaxt davranın. Kommersiya fəaliyyəti
ilə məşğulsunuzsa, müsbət və mənfi yönləri hesablamağı bacarın.
Qız
- günün ilk yarısında problemlər yarana bilər. Mənfi təmayüllərin
təsiri şəxsi münasibətlərdə daha ciddi olacaq. Yaxınlarınız və ya
qohumlarınızla müştərək biznesiniz varsa, çətinliklə qarşılaşacaqsınız.
Məqsədinizi dəyərləndirin. Şəxsi münasibətlərlə işgüzar maraqların qarışması yolverilməzdir.
Günün
ikinci yarısında situasiyada müsbət irəliləyişlər olacaq. Özünüzü daha
əmin, sakit hiss edəcəksiniz. Önəmli qərarlar qəbul etmək olar.
İşgüzar səfər və ya səyahətlər pis alınmayacaq. Danışıqlar məhsuldardır.
Tərəzi -
əlverişli, yaxşı gündür. Yeni imkanlar yaranır. Yaşamın bir sıra
sahələrində yeniliklər ola bilər. İstənilən, hətta ən adi və rutin
saydığınız işin görülməsi zamanı yaradıcı davranın, təxəyyülünüzü işə
salın. Uzun müddətdən bəri sizi narahat edən problemi çözə bilərsiniz.
Günün
ikinci yarısında dostlarla görüş pis keçməyəcək. Ailə üzvləri ilə
təmaslarda səmimi olun. Alış-verişdə mebel, məişət texnikası, bahalı
əşyalar almaq olar.
Kommersiya əməliyyatları gəlir gətirəcək.
Əqrəb
- pullarla ehtiyatlı olun. Borc varsa, qaytarın. Maliyyə məsələlərində
sərvaxtlıq gərəkdir. Lazım olmayan və ya zərurət duyulmayan işlərə,
məqsədlərə pul xərcləməyin. Genişmiqyaslı layihələrə başlamaq məsləhət
deyil. Daha nüfuzlu və ya təcrübəli insanların kölgəsində qala
bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınız və ya dəyər
verdiyiniz insanlarla dil tapa bilərsiniz. Axşam saatlarını ailə üzvləri
ilə keçirin. Romantik görüşdə səmimi olun. Anlaşılmazlıq və ya naqolay
vəziyyətlər istisna deyil.
Hiyləgərlik və ya fəndgirlik zamanı deyil.
Oxatan
- gün mahiyyət etibarilə uğursuz olsa da, xoş məqamlardan xali deyil.
Yaranan imkanlardan və yeni şanslardan istifadə edin. Uğurla bağlı ən
kiçik şansın olduğu işi başa vurun. Dürüst olun. Yalan danışmamaq sizi
uğura aparır.
Günün ikinci yarısında dostlarla ünsiyyətdə
aktiv olun. Bilik və bacarıqlarınızı artırın, təmas çevrənizi böyüdün.
Axşam saatlarında ən qəribə, gözlənilməz mənbələrdən faydalı informasiya
ala bilərsiniz.
Oğlaq -
əlverişli gündür. Mühüm saydığınız işlərdə çətinlik yaransa da, onu
aradan qaldırmaq üçün maksimum səy göstərin. Fəqət, bilin ki, işləri
nəzərdə tutduğunuz zamanda başa vurmaq mümkün deyil.
İşgüzar
danışıqlar üçün münasib zamandır. İş yerini dəyişmək barədə düşünmək
olar. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmaqla yanaşı,
çalışdığınız insanları yanlış dəyərləndirməyin.
Axşam saatlarında nəzərdə tutulmamış səfər, səyahət ola bilər. Son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.
Ailəvi tədbirlər, qonaq qəbul etmək üçün yaxşı zamandır.
Dolça
- gərgin, hadisələrlə zəngin, mürəkkəb gündür. İşlər çoxdur, bəziləri
maraqsızdır. Amma onlar mühüm və aktualdır. Yardımçıların sayı çox
deyil. İlk əvvəl vaxt az, işlər çox olduğundan yorula bilərsiniz. Mühüm
işləri ikinci dərəcəli məsələlərdən ayırın. Vaxtı və səyləri dürüst
paylaşdırın.
Günün ikinci yarısında müsbət təmayüllərin
təsiri artacaq. Əhvalınız yaxşılaşacaq, yeni ideyalar peyda olacaq. Bəzi
ideyaları reallaşdırmaq çətin deyil. Dəvət aldığınız tədbirdə maraqlı
insanla tanış ola bilərsiniz.
Balıqlar
- günün ilk yarısında kiçik çətinliklər və problemlər yaranacaq.
Hisslərə qapılsanız, əhvalınız korlana bilər. Ruhdan düşməyin. Saatlar
keçdikcə müsbət təmayüllərin təsiri artdığından işlərdə normallaşma
müşahidə olunacaq.
Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlərdəki problemləri həll etmək üçün əlverişli zaman deyil.
Axşam
saatlarında səhhətinizin qeydinə qalın. Pəhrizə başlaya bilərsiniz.
Zərərli vərdişlərdən əl çəkin. Məqsədə doğru ilk konkret addım ata
bilərsiniz.
Milli.Az