Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında təşkilatın 39 nəfərlik Mərkəzi Şurası seçilib.
Şuranın üzvləri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, Amerika-Azərbaycan Alyansının direktoru Anar Məmmədov da var. Təşkilatın 7 nəfərlik Nəzarət Təftiş Komissiyası da seçilib.
Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri postuna seçki olub. Bu posta Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Ramin Məmmədov seçilib.
APA