İşsizliyə görə müavinətin orta məbləği isə 246,2 manat olub.
Azərbaycanda rəsmi şəkildə qeydiyyata alınan işsizlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il iyulun 1-dək ölkə üzrə məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu alan şəxslərin sayı 36,9 min nəfərə çatıb. Onların 40,8 faizini və ya 15,0 min nəfər - qadınlar, 59,2 faizini isə və ya 21,9 min nəfər - kişilər təşkil edir.
İşsizliyə görə müavinətin orta məbləği isə 246,2 manat olub.
www.oxu.az