Yarışda 150-dən çox gənc qolfçu iştirak edəcək.
İyul ayının 31-dən avqust ayının 3-nə kimi Qubada Milli Qolf Klubda keçirilən “Azerbaijan Challenge Open” turnirində 150-dən artıq gənc qolfçu iştirak edəcək. Onların arasında dünya ulduzları da olacaq.
Bu gün biz oxucularımızı onlardan üçü ilə tanış edəcəyik.
Morits Lampert

Lampert öz karyerasına 2010-cu ildə Fransa və Almaniyada gənclər arasında yarışlarda qalib gələrək erkən yaşlarında başlayıb. Eləcə də Lampert milli və Avropa komandalarında “Junior Ryder Cup”da (iki dəfə) və “Jacques Leglise Trophy”də (iki dəfə) oynayıb.
Lampert uğuruna 2012-ci ilin fevralında “Portuguese İnternational Amateur” və sonradan isə həmin ilin iyulunda “German İnternational”da qələbəsi ilə davam etdi.
Bundan sonra Lampert 2012-ci ildə “Eisenhower Trophy” turnirində, Marsel Şnayder və Maks Roluff ilə bir komandada çıxış edərək Almaniyanı təmsil edib. O zaman Lampert özü üçüncü yeri tutub, bu turnirdə alman komandası üçüncü yeri Cənubi Koreya və Fransa ilə bölüşdürüb, ilk yerləri isə ABŞ və Meksikaya verib. O, həmçinin “Bonallack Trophy” və “St.Andrews Trophy” turnirlərində Avropanı təmsil edib.
2012-ci ildə həvəskar qismində Lampert “European Tour” kurslarının T-4 səviyyəsini keçərək “European Tour 2013”-də iştirak etmə hüququnu qazanıb. Bundan sonra Lampert 2013-cü ilin mövsümünə hazırlıqda peşəkar elan olunub.
Lampertin ilk mövsümü peşəkar kimi uğurlu olmadı, belə ki, “European Tour 2013”-də 22 yarışdan sonra o yalnız dörd dəfə qalib gəlib, Dubayda turnirdə 184-cü yeri tutub və “European Tour 2014”-də iştirak etməkdən məhrum edilib.
2014-cü ildə Lampert “Challenge Tour” və “German Pro Golf Tour” turnirində oynayaraq peşəkar kimi ilk qələbəsini Marokkoda keçirilən Open Al Maaden-də “Pro Golf Tour” turnirində qazanıb. Bundan sonra Lampert 2014-cü ilin may ayında “Challenge Tour” ilk qələbəsini Kamten Golf Open-də qazanıb.
Hordi Qarsiya Pinto

Hordi Qarsiya Pinto İspaniyanın peşəkar oyunçusudur.
Qarsiya Pinto fevral ayının 14-də 1990-cı ildə Giron şəhərində dünyaya gəlib. Peşəkar səviyyəyə 2008-ci ildə çatıb.
Qarsiya Pinto 2012-ci ildə “Challenge Tour”da iştirak edərək 53-cü yeri tutub. O, 2013-cü ilin mövsümündə Barclays Kenya Open-də iştirak edib. O, həmişə öz adını tam olaraq deyir ki, ispaniyalı qolfçu adaşı Hordi Qarsiya del Moral ilə səhv düşməsin.
Metyu Fitspatrik

Metyu Tomas Fitspatrik (1994-cü ilin sentyabr ayının 1-də dünyaya gəlib) peşəkar ingilis qolfçusudur, o seçim turunu “Open Championship 2013”-də keçib.
“Open Championship 2013” turnirində Fitspatrik və Cimmi Müllen seçim turunu keçən yeganə həvəskarlar idi.
Bundan başqa Müllen 294 (+15) qarşı Fitspatrik +10 göstəricisi ilə həvəskar kimi gümüş medal ilə mükafatlandırılıb. Fitspatrik “Boy Amateur Championship”də qələbə qazanıb və 2013-cü ildə “Northwestern Wildcats” komandasında məktəb qolf-turnirində 2014-cü ilin yanvarına qədər – məktəbi bitirənə kimi iştirak edib.
Fitspatrik “US Amateur 2013”-də qələbə qazanaraq, 2014-cü ildə əgər həvəskar komanda da qalarsa “Masters Tournament”, “US Open”, “Open Championship”də iştirak etməyə dəvət alıb. Bu qələbə ona qolf üzrə Dünya Həvəskar Reytinqində “Mark X.Mak Kormak” medalını qazandıraraq liderliyi təmin etdi.
Fitspatrik 2014-cü ildə “US Open”dən sonra özünü peşəkar elan etdi. Beləliklə, “Open Championship”də 2014-cü ildə iştirakdan məhrum edilmədi. O, peşəkar kimi ilk dəfə “European Tour”un “İrish Open” turnirində çıxış edib.
www.oxu.az