Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, çempionatda Azərbaycan güləşçiləri 2 qızıl və 4 bürünc medal qazanmışlar.
Qızıl medalı 60 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Toğrul Əsgərov və yunan-Roma güləşi üzrə millimizin üzvü Elçin Əliyev (55 kq) qazanmışlar.
Bürünc medallara isə Aleksandr Qostiyev (74 kq, sərbəst güləş), Sona Əhmədli (59 kq), Nadya Sementsova (67 kq) və Şalva Qadabadze (96 kq, yunan-Roma güləşi) sahib olmuşlar.