Şotlandiyadan olan alimlər mövcud olduğumuz Qalaktikanın – “Süd yolu”nun gözlənildiyindən çox daha az çəkiyə malik olduğunu müəyyənləşdiriblər.
Alimlər bu qərara, “Süd yolu”nun çəkisini müəyyənləşdirəndə gəliblər. Belə ki, bizim Qalaktika ən yaxın böyük “Andromeda” qalaktikasının çəkisinin təqribən yarısına bərabərdir. Halbuki, “Andromeda” bizim Qalaktikaya çox oxşardır.
Araşdırmaçıların sözlərinə görə “Andromeda” “Süd yolu”ndan 2 dəfə çox qara materiya ilə doludur. Eyni zamnada hər iki Qalaktikanın 90 faiz materiyası gözə görünməzdir.
Alimlər məhz bu çəkini hesablaya biliblər və məlum olub ki, “Süd yolu” əvvəlcə hesab ediləndən xeyli az çəkiyə sahibdir.
ANS PRESS