Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Toyota” şirkəti cari ilin ilk altı ayı ərzində satış üzrə yeni rekord əldə edib.
Şirkətdən verilən məlumata görə, 2014-cü ilin yanvar-iyun aylarında dünya üzrə 5,09 milyon ədəd avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Beləliklə, “Toyota” bu il də ötənilki rekordunu təkrarlayaraq 10 milyondan çox avtomobil satmağa yaxındır. İl ərzində bu qədər avtomobil satmaq indiyədək heç bir şirkətə nəsib olmayıb. Bununla belə, Almaniyanın “Volkswagen” şirkəti yaponlara sürətlə yaxınlaşmaqdadır. İlkin məlumatlara görə, bu şirkət cari ilin 6 ayında ümumilikdə 5,07 milyon avtomobil sata bilib.
topnews.az