Boks kralının əlcəkləri fantastik qiymətə satıldı
1.8.2014

Boks kralı Məhəmməd Əlinin 1971-ci ildə dünya çempionu adı almaq üçün keçirdiyi döyüşdə taxdığı əlcəklər hərraca çıxarılıb. Co Freyzer ilə döyüşdə Məhəmməd Əliyə uğur gətirməyən əlcəklər Klivlend şəhərində 228 min dollara satılıb.

Digər əlcəklər kimi bu əlcəklər də usta Semmi Freqer tərəfindən özəl olaraq Əli üçün qoyun dərisindən hazırlanıb. Onların üstü keçi xəzi ilə örtülüb.

Əlcəklər sonradan Əlinin məşqçisi Ancelo Dandinin mülkiyyətinə keçib.

Əlcəyin iç hissəsində belə bir yazı da var: "Əli Freyzerə qarşı. 3 mart 1971-ci il".

Müasirləri həmin döyüşü əsrin qarşılaşması kimi qiymətləndiriblər. Döyüş dünyanın 35 ölkəsində canlı yayımlanıb.

Milli.Az