Azərbaycan əsilli futbolçu Aleksandr Əliyev əvvəlki klubuna qayıdır.
Söhbət Mahaçqalanın “Anji” kollektivindən gedir.
Əliyev ötən mövsümün ikinci yarısını məhz Mahaçqalada keçirdib, lakin klubun ikinci diviziona düşməsi futbolçunun mayda başa çatacaq müqaviləsini vaxtından əvvəl pozmaq qərarına təsir göstərib.
Futbolçu ilə müqavilə daha bir mövsüm uzadılmaq mümkünlüyü ilə bir il müddətinə imzalanıb.
Qeyd edək ki, Aleksandırın atası rus olsa da, Azərbaycan köklərinə malikdir.
Gün.Az