“Ölkәmizi tanıyaq” tur-aksiyalarına start verilir
1.8.2014

Ölkәmizin tarixinin, mәdәniyyәtinin, adәtәnәnәlәrinin, müstәqillik illәrindә әldә edilmiş nailiyyәtlәrinin dәrindәn öyrәnilmәsi mәqsәdilә respublikamızın müxtәlif şәhәr vә rayonlarında yaşayan gәnclәrin digәr bölgәlәrә sәyahәtlәrinin tәşkilinә dair Azәrbaycan prezidenti İlham Әliyevin tapşırığına әsasәn, 67 şәhәr vә rayondan 14 minә yaxın IXXI sinif şagirdini әhatә edәcәk “Ölkәmizi tanıyaq” devizi ilә maariflәndirici turaksiyaların keçirilmәsi nәzәrdә tutulub.

Aksiya çәrçivәsindә ölkә gәnclәri Naxçıvan, Gәncә, Lәnkәran, Şәki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qәbәlә vә digәr bölgәlәrdә qәdim tarixi, mәdәniyyәt abidәlәri, regionlarımızın müasir simasını әks etdirәn Heydәr Әliyev mәrkәzlәri, tarix­diyarşünaslıq muzeylәri, gәnclәr mәrkәzlәri, Bayraq meydanları, rәsm qalereyaları vә s. obyektlәrlә tanış olacaqlar.

Bu gәzintilәr ölkәmizin tarixini dәrindәn öyrәnmәklә yanaşı, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial­iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradacaq.

Avqust ayının 1­dәn sentyabrın 6­dәk keçirilәcәk ekskursiyaların birinci mәrhәlәsindә 53 şәhәr vә rayondan 2500­ә yaxın şagird iştirak edәcәkdir. İkinci vә üçüncü mәrhәlә isә müvafiq olaraq 2014­cü ilin noyabr vә 2015­ci ilin mart aylarında tәşkil olunacaq.

Gün.Az